İş haqqında məlumat
- Daxili və xarici bank köçürmələrinin icra edilməsi, kredit müraciətləri üçün tələb olunan sənədlərin hazırlanması və kredit ödəniş cədvəllərinə (qalıq borc, faiz və s.) nəzarətin təmin edilməsi;
- İşçilərin əmək haqlarının, məzuniyyət, ezamiyyə və digər sosial ödənişlərinin mövcud qanunvericiliyə uyğun hesablanması və uçotunun aparılması;
- Əsas vəsaitlərin mədaxili, amortizasiyası və silinməsi ilə bağlı əməliyyatların icrası;
- İcarə və digər xidmətlər üzrə elektron qaimə-fakturaların tərtib edilməsi, daxil olan qaimələrin yoxlanılması və mühasibat sisteminə daxil edilməsi;
- İcarə və xidmət müqavilələri üzrə Ödəniş Mənbəyindən Verginin (ÖMV) düzgün hesablanması və uçotunun aparılması;
- Bank sənədlərinin, kredit hesablarının və digər maliyyə əməliyyatlarının mühasibat proqramındakı qalıqlarla mütəmadi üzləşdirilməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədlərin toplanması, rəsmiləşdirilməsi və qanunvericiliyə uyğun saxlanılması.
İş şəraiti:
- İş qrafiki: Tam ştat
- İş yeri : Bakı şəh, 8 noyabr prospekti,
- 5 günlük iş qrafiki:
- 09.00-18.00
- Əmək haqqı: 800 – 1200 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
Tələblər
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Vergi, əmək və mühasibat uçotu qanunvericiliyinin bilikləri;
- Mühasibat proqramları (1C) ilə işləmək bacarığı;
- Analitik düşüncə, diqqətlilik və yüksək məsuliyyət hissi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.