Azroksan LLC

Mühasib

Azroksan LLC
Ə/h razılaşma ilə
5950
Tam iş günü
Bakı, Azərbaycan
11/02/2026 - 25/02/2026

İş haqqında məlumat

  • Gündəlik mühasibat əməliyyatlarının (mədaxil, məxaric, köçürmələr) aparılması
  • İlkin mühasibat sənədlərinin (hesab-faktura, qaimə, akt, müqavilə və s.) tərtibi və uçotu
  • Vergi, DSMF, Statistika üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak
  • Bank çıxarışlarının yoxlanılması və mühasibat uçotunda əks etdirilməsi
  • Kassa əməliyyatlarının uçotu və nəzarəti
  • Əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların və material ehtiyatlarının uçotu
  • Debitor və kreditor borcların izlənilməsi, qarşılıqlı üzləşmələrin aparılması
  • Elektron qaimə-fakturaların, e-vergi və e-taxes əməliyyatlarının icrası
  • Təhdəlhesab üzrə aylıq və rüblük hesabatların hazırlanması
  • Borcların vaxtında bağlanmasına nəzarət, gecikmələrin analizi
  • Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi
  • Daxili yoxlamalar və audit prosesləri zamanı tələb olunan məlumatların hazırlanması
  • Rəhbərlik  tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icrası

Tələblər

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə təhsil
  • Maliyyə və mühasibat əməliyyatlarında minimum 3 illik iş təcrübəsi.
  • Vergi qanunvericiliyi, ERP və MS Office proqramları üzrə bilik.
  • Analitik düşüncə və dəqiq iş aparmaq bacarığı.
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.