Chenot Palace

Mühasib

Chenot Palace
Ə/h razılaşma ilə
8299
Tam iş günü
Bakı, Azərbaycan
13/02/2026 - 27/02/2026

İş haqqında məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili.
  • New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı.
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq, həmçinin xəzinə əməliyyatlarının icrası və sənədləşdirilməsi.
  • Debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq olaraq üzləşmə aktlarının edilməsi.
  • Əsas vəsaitlərin, mal-materialların hərəkətinin və uçotunun aparılması.
  • Aylıq, rüblük və illik vergi və digər dövlət qurumlarına hesabatlarının və arayışların hazırlanması, təqdim edilməsi,bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması.
  • Vergi ödəyicisinin dövriyyəsinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi və optimal istifadənin təmin edilməsi.
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi.
  • Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.
  • Vergi və maliyyə uçotunun aparılması.

Faydalar:

  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.

Tələblər

  • Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil
  • Müvafiq sahədə 1+ il təcrübə
  • Xarici dil – Rus və İngilis 
  • Opera PMS, iScala, TNG, Micros proqramlarında işləmə bacarığı
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar