U and R Company

Mühasib

U and R Company
Ə/h razılaşma ilə
661
Tam iş günü
Bakı, Azərbaycan
05/03/2026 - 19/03/2026

İş haqqında məlumat

  • Gələn qaimə və e-qaimələrin uçota alınması, yoxlanılması və ilkin sənədlərin hazırlanması
  • Aylıq və rüblük vergi hesabatları üçün məlumatların düzgün hazırlanması (ƏDV, HŞƏV, ÖMV və s.)
  • Debitor borcların izlənməsi və müqavilə şərtlərinə uyğun olaraq vaxtında yığılmasının təmin edilməsi
  • Ödənişlərin icra edilməsi və köçürmələrin internet banking sistemi vasitəsilə düzgün aparılması
  • Müştəri ilə təşkilat arasındakı sənədlərin yoxlanılması və ödənişlərlə bağlı vaxtında məlumatlandırmanın təmin edilməsi
  • Satış əməliyyatlarının icrası və uçotda düzgün əks etdirilməsinə nəzarət
  • Sifarişçilər və tədarükçülərlə hesablaşmaların uçotda düzgün aparılmasına nəzarət
  • Əsas vəsaitlər üzrə əməliyyatların aparılması və uçotunun təşkili
  • Pul vəsaitlərinin hərəkətinin uçotda düzgün əks etdirilməsinin təmin edilməsi
  • Ayın bağlanması prosesində iştirak və aylıq maliyyə hesabatlarının hazırlanması
  • İllik büdcənin hazırlanması prosesində iştirak
  • İlkin sənədlərin qəbulunun və uçota hazırlanmasının təmin edilməsi
  • Mühasibatlıq üzrə tender sənədlərinin hazırlanmasında iştirak

İş şəraiti:

  • İş yeri: Şirkətin ofisi;
  • İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
  • Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
  • Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
  • Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Tələblər

  • Ali təhsil dərəcəsi (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya vergi sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Vergi məcəlləsi və mühasibat uçotunu üzrə bilikləri;
  • PMS və beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir. 
  • E-taxes,E-banking portalları ilə işləmə bacarığı
  • 1C 8.3  proqramı ilə işləmə bacarığı;
  • MS Excel ilə işləmə bacarığı;
  • Komanda və şöbə ilə koordinasiya şəkilində işləmə bacarığı;
  • İşgüzar yazışma bacarığı;
  • Azərbaycan dili — C2, Rus dili — B1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar