Bakı,
Azərbaycan
11/03/2026
-
25/03/2026
İş haqqında məlumat
- Gündəlik mühasibat əməliyyatlarını ERP sistemi üzərindən uçota almaq (jurnal yazıları, debet/kredit əməliyyatları).
- Bank əməliyyatlarını sistemə daxil etmək və aylıq bank rekonsilyasiyalarını aparmaq
- Satınalma sənədlərini və təchizatçı fakturalarını sistemə daxil etmək, təchizatçı hesablarının uyğunlaşdırılmasını aparmaq.
- Satış əməliyyatlarının uçotunun düzgün aparılmasına nəzarət etmək və müştəri hesablarının vəziyyətini izləmək.
- Yeni alınmış əsas vəsaitlərin uçotunu aparmaq, onların sistemdə qeydiyyatını və kapitalizasiyasını təmin etmək.
- Əsas vəsaitlər üzrə amortizasiya hesablamalarını aparmaq və aylıq amortizasiya yazılarını formalaşdırmaq.
- Əsas vəsaitlərin köçürülməsi, silinməsi və ya satışını uçot sistemində düzgün şəkildə əks etdirmək.
- Əsas vəsaitlərin inventarlaşması prosesində iştirak etmək və faktiki aktivlərin sistem məlumatları ilə uyğunluğunu yoxlamaq.
- Əsas vəsaitlər üzrə aylıq və illik hesabatları hazırlamaq.
- Aylıq və rüblük maliyyə bağlanması prosesində iştirak etmək və müvafiq hesabatların hazırlanmasına dəstək vermək.
- Mühasibat uçotu məlumatlarının ERP sistemində düzgün və tam şəkildə aparılmasını təmin etmək.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Tələblər
- Ali təhsil(Maliyyə, mühasibatlılıq).
- Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 2 il iş təcrübəsi.
- Yaxşı səviyyədə MS Excel biliyi
- Analitik düşüncə, Komandada işləmək bacarığı.
- Mühasibatlıq sahəsi üzrə sertifikatların (F3) olması üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.