Emko Technologies MMC
700 - 1000 ₼
2579
Tam iş günü
Bakı, Azərbaycan
13/03/2026 - 27/03/2026

İş haqqında məlumat

  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
  • Vergi və mühasibat uçotunu aparmaq;
  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
  • Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi;
  • Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;
  • Gündəlik və aylıq hesabatları tərtib etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

İş şəraiti

  • İş qrafiki: 5 gün 09:00-18:00
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək (700 - 1000 manat)

Tələblər

  • Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi və mühasibat uçotu üzrə əsas biliklər;
  • 1C və MS Excel proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar