Big Store MMC

Mühasib

Big Store MMC
Ə/h razılaşma ilə
534
Tam iş günü
Bakı, Azərbaycan
03/04/2026 - 17/04/2026

İş haqqında məlumat

  • Müəssisənin  gündəlik mühasibat uçotunun aparılması, təsərrüfat əməliyyatlarının mühasibat hesablarında düzgün əks etdirilməsi və maliyyə əməliyyatlarının düzgün şəkildə qeydiyyata alınması.
  • Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, e-qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi.
  • Dövr (aylıq, rüblük və illik) ərzində əldə edilən gəlirləri və çəkilmiş xərcləri hesablamaq və onları müqayisə etməklə fəaliyyət nəticələrini (mənfəət yaxud zərərlə işləməni) təhlil etmə və debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq üzləşmə aktlarının hazırlanması.
  • Əsas vəsaitlərin uçota alınması, amortizasiya hesablanması və silinməsi proseslərinin icrası.
  • Adiyyəti olan platformalarda yerləşdirilmiş gömrük bəyannamələrinin yoxlaması və gömrük rüsumlarının ödənilməsi.
  • Müəssisənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklikləri istifadəçiyə (rəhbərlik, marketinq, kadr və s. şöbələrə) vaxtında çatdırmaq.
  • Hüquqi anlaşılmazlıqlarda sübutedici vasitə olan sənədləri qaydaya salmaq.
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi.
  • Müəssisəyə məxsus bütün məlumatların (kommersiya sirri, maliyyə məlumatları və digər daxili informasiyalar) məxfiliyinin qorunması.

Qanuni mükəlləfiyyətləri yerinə yetirmək:

  • öhdəliklərin (Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin, kommunal xərclər, icarə haqqı və s.) hesablanması və vaxtında ödənilməsi;
  • vergilərin və sosial ayırmaların hesablanması və dövlət təşkilatlarına vaxtında ödənilməsi;
  • tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması.

İş şəraiti

  • Ünvan: Bakı, Xəzər ray., Zirə qəsəbəsi
  • İş qrafiki: 5 günlük
  • Vakansiya növü - Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Korporativ nömrə (korporativ paket)
  • Karyera yüksəlişi

Tələblər

  • Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
  • Bəy namizədlər
  • Müvafiq sahə üzrə 1 il təcrübə;
  • Elektron portallar ilə işləmə bacarığı;
  • Azərbaycan dili səlis, rus dili arzuolunandır;
  • MS Excel (yaxşı səviyyədə) və 1C 8.3 Proqramında işləmə təcrübəsi;
  • Mühasibatlıq sahəsi üzrə müvafiq sertifikatlar tələb olunur;
  • Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik;
  • Komandada işləmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.