RS Global MMC

Mühasib

RS Global MMC
1000 - 1500 ₼
464
Tam iş günü
Bakı, Azərbaycan
23/04/2026 - 07/05/2026

İş haqqında məlumat

  • Gündəlik maliyyə əməliyyatlarının (mədaxil, məxaric) uçotunun aparılması
  • Kassa və bank əməliyyatlarının icrası və nəzarəti
  • Müqavilələrin, hesab-fakturaların, qaimələrin və digər mühasibat sənədlərinin hazırlanması və sistemə daxil edilməsi
  • Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi
  • Debitor və kreditor borcların uçotunun aparılması
  • Elektron qaimə, e-faktura və e-portal əməliyyatlarının icrası
  • Aylıq hesabatların hazırlanmasında baş mühasibə dəstək
  • Vergi, DSMF və digər dövlət orqanları ilə bağlı sənədlərin hazırlanmasında iştirak
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi və qaydaya salınması

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 6 gün (09:00 – 18:00) 
  • Əmək haqqı: 1000 - 1500 AZN 
  • İş yeri: Aşağı Güzdək qəsəbəsi

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə üstünlükdür)
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
  • 1C (8.3), Logix (bilməsə də öyrədiləcək) və ya oxşar mühasibat proqramları ilə işləmə bacarığı
  • Vergi Məcəlləsi və mühasibat uçotu üzrə əsas biliklər
  • MS Excel və digər Office proqramlarında işləmə bacarığı
  • Analitik düşünmə və dəqiqlik
  • Məsuliyyətli, diqqətli və operativ işləmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Qeyd: İstehsalat təcrübəsi mütləqdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar