Roms Group

Mühasib

Roms Group
1000 - 1200 ₼
448
Tam iş günü
Bakı, Azərbaycan
29/04/2026 - 13/05/2026

İş haqqında məlumat

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılması
  • Gündəlik maliyyə əməliyyatlarının (kassa, bank, mədaxil-məxaric) düzgün qeydiyyatı və nəzarəti
  • Debitor və kreditor borclarının uçotu və idarə olunması
  • Vergi, DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
  • ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması
  • Bank əməliyyatları (köçürmələr, ödəniş tapşırıqları, valyuta əməliyyatları) üzrə təcrübə
  • E-qaimə, hesab-faktura, təhvil-təslim aktları və digər maliyyə sənədlərinin hazırlanması
  • Müqavilələrin maliyyə baxımından təhlili və ödəniş şərtlərinə nəzarət
  • Maliyyə hesabatlarının hazırlanması (balans, gəlir-xərc, pul axını və s.)
  • Sənədləşmə və arxivləşdirmə işlərinin düzgün təşkili
  • Audit yoxlamalarına hazırlıq və audit prosesində iştirak
  • Tender elanlarının mütəmadi izlənməsi və uyğun tenderlər üzrə analiz aparılması
  • Tender sənədlərinin hazırlanması (xüsusilə maliyyə hissəsi və qiymət təklifləri)
  • Gömrük əməliyyatları və customs (e-customs) sistemi ilə işləmə təcrübəsi
  • Təchizat və satınalma sənədlərinin maliyyə baxımından yoxlanılması
  • İşçilərin işə qəbulu, əmək müqavilələrinin hazırlanması və qeydiyyatı
  • İşdən azad etmə (xitam) proseslərinin qanunvericiliyə uyğun aparılması
  • Əmək haqqının hesablanması və vaxtında ödənilməsi
  • Məzuniyyətlərin hesablanması və ödənişinin həyata keçirilməsi
  • Ezamiyyət xərclərinin hesablanması və sənədləşdirilməsi
  • Yüksək məsuliyyətlilik, məxfilik prinsiplərinə riayət etmə
  • Əlavə məlumat:

İş qrafiki: 5 gün (09:00 – 18:00)

  • Rəsmi əmək müqaviləsi
  • Stabil əmək haqqı 1000-1200azn + bonus sistemi
  • Karyera inkişafı imkanı
  • Peşəkar və dinamik iş mühiti

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə)
  •  Mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi
  • Vergi Məcəlləsi və mühasibat uçotu üzrə biliklər
  • 1C və ya digər mühasibat proqramlarında işləmə bacarığı
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək
  • Elektron portallarla işləmə bacarığı (e-taxes, e.customs. e-gov və s.)
  • Analitik düşünmə və detallara diqqət
  • Yüksək məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət
  • Komandada işləmə və ünsiyyət bacarıqları
  • Azərbaycan dilində sərbəst, rus dili biliyi üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.