Sarda Group

Mühasib

Sarda Group
Ə/h razılaşma ilə
656
Tam iş günü
Bakı, Azərbaycan
05/05/2026 - 19/05/2026

İş haqqında məlumat

  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
  • Bank ödənişlərinin həyata keçirilməsi;
  • Hesab Fakturalarının, EVQF və digər maliyyə sənədlərinin tərtib olunması və göndərilməsi; 
  • ƏDV, Muzdlu işlə əlaqədar vahid bəyənnamə, ÖMV və statistika hesabatlarının hazırlanması;
  • İdxal prosesinə aid bütün mərhələləri praktiki olaraq bilmək və nəzarət etmək;
  • Digər gündəlik və aylıq əməliyyatların yerinə yetirilməsi;

İş şəraiti:

  • Əmək haqqı: namizədin bilik və bacarığına əsasən iş görüşməsi zamanı müəyyən olunacaq
  • İş qrafiki: tam iş həftəsi (5 gün)
  • İş saatları: 09:00-18:00
  • İstirahət günləri: şənbə/bazar
  • Nahar şirkət tərəfindən verilir

Tələblər

  • Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat və ya İqtisadiyyat ixtisası üzrə)
  • Yük gömrük bəyənnamələri ilə işləmək bacarığı
  • Ən azı 2-3 il mühasib və ya baş mühasib kimi təcrübəsi olmalıdır
  • 1C proqramını bilənlərə üstünlük veriləcək 
  • Azərbaycan dilində səlis, Rus dili (üstünlük) 
  • Microsoft Excel proqramından istifadə bacarığı
  • Komanda daxilində çalışmaq bacarığı
  • Məntiqi düşüncə və özünü yoxlamaq bacarığı
  • Peşəkar mühasib sertifikatı olması üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar