Bakı,
Azərbaycan
20/05/2026
-
03/06/2026
İş haqqında məlumat
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- 1C proqramında əməliyyatların işlənilməsi və yoxlanılması;
- Mühasibat və vergi uçotunun aparılma qaydalarına uyğun müəssisənin uçotunun qurulması üzrə müvafiq əməliyyatların həyata keçirilməsi(Yaxşı səviyyədə vergi qanunvericiliyi bilikləri) ;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi (Bank kreditləri və tender müraciətləri üçün maliyyə hesabatlarını hazırlaya bilmək)
- Baş mühasibin və aparışı mühasibin tapşırıqlarını yerinə yetirmək;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
İş şəraiti:
- İş qrafiki: I-V- 09:00-dan 18:00-dək Şənbə-09:00-13:00
- Əmək haqqı 800-1000 AZN (Müsabiqə əsasında müəyyən olunur)
Tələblər
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
- Xarici ödənişlər təcrübəsi
- Xaricə ödənilmiş avansların bağlanması
- Əmək haqqı, məzuniyyət, son haqq hesab hesablama bilgisi
- Qaimə vurulması,
- Mühasibatlıq sahəsində 1,5 ildən artıq iş təcrübəsi(consulting üstünlükdür);
- MS Office, əla səviyyədə excel və 1C bilikləri;
- Komandada işləmə bacarığı, səbrli, təmkinli, diqqətli və eyni anda bir neçə işi görəbilmə bacarığı.;
- Analitik düşünmə qabiliyyəti;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.