SeaFish Company MMC
1500 ₼
483
Tam iş günü
Bakı, Azərbaycan
01/06/2026 - 15/06/2026

İş haqqında məlumat

  • Gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması
  • Debitor və kreditor borclarına nəzarət
  • E-qaimə, hesab-faktura və müqavilələrin hazırlanması
  • Bank əməliyyatlarının icrası və ödəniş tapşırıqlarının hazırlanması
  • Vergi və mühasibat sənədlərinin işlənməsi
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Gəlir vergisi, mənfəət vergisi, vahid bəyannamə və statistik hesabatların hazırlanması və təqdim edilməsi
  • Aylıq hesabatların hazırlanması
  • ƏMAS sistemində işçilərin işə qəbulu və işdən çıxış proseslərinin icrası
  • Əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi
  • İşçilərin əmək haqlarının hesablanması və ödənişlərinin icrası
  • Rəhbərlik tərəfindən verilən digər maliyyə tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti: 

  • İş yeri: Bakı
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş saatı: 09:00 – 18:00
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əməkhaqqı 1500 Azn

Tələblər

  • Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi
  • ƏMAS sistemi ilə işləmə bacarığı
  • 1C 8.3 və Excel proqramlarında işləmə bacarığı mütləqdir.
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər
  • Vergi və statistik hesabatların hazırlanması və təqdim olunması üzrə təcrübə
  • Gəlir vergisi, mənfəət vergisi və vahid bəyannamələrin tərtibi üzrə bilik və təcrübə
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Komandada işləmə bacarığı
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı

Müraciət etmək istəyən namizədlər linkə daxil olsun: https://forms.gle/YQWjX5yGbyHrsuLv9

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar