Bakı,
Azərbaycan
05/06/2026
-
19/06/2026
İş haqqında məlumat
- Mühasibat uçotunun aparılması və gündəlik maliyyə əməliyyatlarının işlənməsi
- Bank və kassa əməliyyatlarının həyata keçirilməsi
- E-qaimə və elektron vergi hesab-fakturalarının yazılması
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Debitor və kreditor hesablaşmalarının aparılması
- Əmək haqqının hesablanması və ödənişlərin icrası
- 1C və digər mühasibat proqramlarında işləmək
İş şəraiti
- İş yeri: 84 Əlibəy Hüseynzadə küç., Bakı, AZ1014
- İş qrafiki: 5/2
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 1000 AZN
Biz təklif edirik:
- Stabil və rəsmi iş mühiti
- Rəsmi əmək müqaviləsi
- Peşəkar inkişaf imkanları
- Komanda dəstəyi və rahat iş mühiti
- Əmək haqqı: 1000 AZN
Qeyd:
- İş prosesinin xüsusiyyətləri ilə əlaqədar olaraq zərurət yarandığı hallarda əlavə iş saatlarında çalışma tələb oluna bilər. Əlavə iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun qaydada tətbiq edilir.
Tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə)
- Mühasib vəzifəsində minimum 1–3 il iş təcrübəsi
- 1C və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək
- Elektron hökumət portalları ilə işləmək bacarığı
- Vergi və əmək qanunvericiliyi üzrə baza biliklər
- Məsuliyyətli, dəqiq və analitik düşüncə qabiliyyətinə malik olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.