AGT Cargo

Mühasib

AGT Cargo
Ə/h razılaşma ilə
223
Tam iş günü
Bakı, Azərbaycan
19/08/2026 - 02/09/2026

İş haqqında məlumat

Dinamik və peşəkar komandamıza qoşulacaq, məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Mühasib axtarırıq.

  • Şirkətin gündəlik mühasibat uçotunun aparılması;
  • Bank, kassa və POS-terminal əməliyyatlarının həyata keçirilməsi və uçotu;
  • E-qaimə, hesab-faktura və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
  • Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarının aparılması;
  • Gəlir və xərclərin gündəlik uçotunun aparılması;
  • Yanacaq, nəqliyyat və logistika xərclərinin uçotunun aparılması;
  • Sürücülər, təchizatçılar və digər tərəfdaşlarla qarşılıqlı hesablaşmaların aparılması;
  • Debitor və kreditor borcların izlənilməsi;
  • Vergi və əmək qanunvericiliyinə uyğun mühasibat əməliyyatlarının aparılması;
  • Gömrük sənədləri və idxal-ixrac əməliyyatları üzrə ilkin mühasibat uçotunun aparılması;
  • Rəhbərliyə tələb olunan maliyyə hesabatlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgün və vaxtında arxivləşdirilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas maliyyə/mühasibat təhsili;
  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • E-qaimə, hesab-faktura, bank və kassa əməliyyatları üzrə praktiki təcrübə;
  • Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarını bilməsi;
  • 1C və Microsoft Excel proqramlarında işləmək bacarığı;
  • Logistika və nəqliyyat sahəsində mühasibat uçotu üzrə təcrübə üstünlükdür;
  • Gömrük və idxal-ixrac əməliyyatları üzrə ilkin biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, dəqiq və dürüst olmaq;
  • Komandada işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar