Best Soft

Mühasib

Best Soft
Ə/h razılaşma ilə
497
Tam iş günü
Bakı, Azərbaycan
24/09/2026 - 08/10/2026

İş haqqında məlumat

  • 1C proqramında maliyyə və mühasibat əməliyyatlarının uçotunun aparılması
  • Debitor və Kreditor borcların izlənilməsi və nəzarətdə saxlanılması
  • E-qaimələrin hazırlanması və göndərilməsi
  • İnventarın və Əsas vəsaitlərinin uçotunun aparılması
  • Əməkdaşların əməkhaqqı, bonus və motivasiya ödənişlərinin hesablanması
  • Maliyyə və mühasibat dövrünün bağlanması
  • Sənəd dövriyyəsinin təşkili və nəzarəti

Tələblər

  • Qadın namizəd, 21–40 yaş
  • Ali və ya natamam ali təhsil (İqtisadi, Maliyyə və ya Texniki ixtisas üzrə)
  • Rus dilini sərbəst bilməli
  • Mühasibat, Əməkhaqqı və Vergi uçotunu yuxarı səviyyədə bilməli
  • 1C proqramında mükəmməl işləmək bacarığı
  • MS Office proqramlarında mükəmməl işləmək bacarığı
  • Tez öyrənən, məsuliyyətli, diqqətli və dürüst olmalı
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı

    İş şəraiti:
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
  • Sabit əmək haqqı və motivasiya sistemi
  • Şirkət hesabına nahar
  • Şirkət hesabına fitnes klubdan istifadə imkanı
  • Şirkət hesabına təlim və sertifikatlaşdırma proqramları
  • Mehriban və peşəkar kollektiv
  • Müxtəlif və maraqlı layihələrdə iştirak imkanı
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00