Bakı,
Azərbaycan
08/10/2026
-
22/10/2026
İş haqqında məlumat
- Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının uçotunun aparılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi, bank ödənişlərinin və müxabirləşmələrin düzgün aparılmasının təmin edilməsi;
- Daxili mühasibat uçotu sistemində ödəniş və köçürmələrin idarə edilməsi, məlumatların vaxtında və düzgün işlənilməsi;
- Elektron qaimə-fakturaların, hesab və vergi hesab-fakturalarının hazırlanması, göndərilməsi və gündəlik yoxlanılması;
- Alıcı və təchizatçılarla qarşılıqlı hesablaşmaların aparılması, debitor və kreditor borcların uçotu və nəzarətdə saxlanılması;
- Qarşılıqlı üzləşmə aktlarının hazırlanması və hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- Mal və xidmətlər üzrə müqavilə, sifariş və digər ilkin sənədlərin yoxlanılması;
- İlkin mühasibat sənədlərinin düzgünlüyünün, tamlığının və vaxtında sistemə daxil edilməsinin təmin edilməsi;
- Aylıq əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması;
- Əməkhaqqı üzrə vergi və sosial sığorta öhdəliklərinin hesablanması;
- Mühasibat və vergi uçotu üzrə sənədlərin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və qorunmasının təmin edilməsi;
- Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünün yoxlanılması;
- Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi
- Mühasibat və vergi uçotu üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliklər;
- ƏDV, mənfəət vergisi, ÖMV və MDSS hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
- Elektron qaimə-fakturalar, bank əməliyyatları və ödəniş sənədləri ilə işləmə bacarığı;
- Analitik düşünmə və dəqiqlik;
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi , saat 09:00-18:00
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri: Bakı şəhəri