hrin.az

Mühasib

Azconstruction QSC

Əmək haqqı: Razılaşma

88522 oktyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

“AZ CONSTRUCTION A” MMC Mühasib vakansiyası elan edir!

“AZ CONSTRUCTION A” MMC komandasına tikinti sahəsində təcrübəsi olan, məsuliyyətli və dəqiq Mühasib axtarır!

Əsas vəzifə və öhdəliklər

  • Mühasibat uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq;
  • İlkin mühasibat sənədlərini, elektron qaimələri və hesab-fakturaları yoxlamaq və rəsmiləşdirmək;
  • Tikinti materialları, mal və xidmətlər üzrə uçotu aparmaq;
  • Tikinti layihələri üzrə xərcləri və podratçı-subpodratçılarla hesablaşmaları izləmək;
  • Debitor və kreditor borclarına nəzarət etmək;
  • İşçilərin əməkhaqqısını və digər ödənişlərini hesablamaq;
  • Bank əməliyyatlarını və ödəniş sənədlərini rəsmiləşdirmək;
  • Vergi və digər maliyyə hesabatlarını hazırlamaq;
  • Anbar qalıqlarına nəzarət etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
  • Materialların və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
  • Mühasibat məlumatlarını 1C və MS Excel proqramlarında işləmək;
  • Maliyyə məlumatlarını və hesabatları rəhbərliyə təqdim etmək;
  • Sənədlərin düzgün saxlanmasını və mühasibat uçotunda daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək;
  • Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə qarşı tələblər

  • Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Mühasibat və vergi qanunvericiliyi üzrə biliklər;
  • 1C və MS Excel proqramlarında işləmək bacarığı;
  • İlkin sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
  • Mal-material uçotunun aparılması və anbar qalıqlarına nəzarət üzrə bilik və təcrübə;
  • Peşəkar sertifikatların olması üstünlükdür.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş günləri: Həftənin 5 günü
  • İş saatları: 09:00–18:00
  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və işgüzar əmək mühiti