
27419 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Vakansiya: Mühasib
Namizədə tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə);
- Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
- 1C, Microsoft Excel və Word proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə və uçot siyasətinə uyğun aparılması;
- Elektron qaimə-fakturaların hazırlanması və Elektron Vergi Portalı vasitəsilə təqdim edilməsi;
- Hesab-fakturaların tərtib olunması və müştərilərə göndərilməsi;
- Göndərilmiş elektron qaimələrin mühasibat uçotu məlumatları ilə tutuşdurulması;
- Bank əməliyyatlarının aparılması, yerli və xarici müştərilərlə qarşılıqlı hesablaşmaların uçotunun aparılması və üzləşmə aktlarının hazırlanması;
- Debitor borcların izlənilməsi və nəzarətdə saxlanılması;
- Mühasibat sənədlərinin qanunvericiliyə uyğun olaraq qruplaşdırılması, arxivləşdirilməsi və saxlanılması;
- Məlumatların məxfiliyinin qorunması;
- Rəhbərlik tərəfindən həvalə olunan digər mühasibat işlərinin yerinə yetirilməsi.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında;
- İş qrafiki: Həftəiçi 5 gün, 08:30–17:30;
- İş ünvanı: Qaradağ rayonu, Salyan şosesi, 14-cü km.


.jpg)