Baku Bus

Mühasib (Əmək haqqı üzrə)/ Bakı

Baku Bus
Ə/h razılaşma ilə
504
Tam iş günü
Bakı, Azərbaycan
09.10.2025 03:24 - 09.11.2025 12:00

İş haqqında məlumat

  • İşçilərin əmək haqqı, ezamiyyə, məzuniyyət, əmək qabliyyətinin olmaması vərəqələri və digər ödənişlərinin hesablanmasını təmin etmək;
  • Əmək haqqı üzrə bütün əməliyyatların düzgün və vaxtında icra edilməsini təmin etmək;
  • Gəlir vergisi, DSMF, işsizlik və icbari tibbi sığorta haqlarının düzgün hesablanmasını və müvafiq qurumlara təqdim edilməsini həyata keçirmək;
  • Ayın sonunda əmək haqqı üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Elektron hökumət portalı və digər müvafiq sistemlərlə işləmək;
  • Əmək haqqı üzrə yoxlamalar zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
  • Əmək haqqı üzrə yaranmış sualları və şikayətləri araşdırmaq, vaxtında cavablandırmaq;
  • Qüvvədə olan Əmək Məcəlləsi və digər normativ sənədlər üzrə əmək haqqı siyasətinin tətbiqini təmin etmək;
  • Vahid illik və rüblük hesabatların hazırlanması;
  • Əmək haqqı üzrə statistik hesabatların hazırlanması;
  • Maliyyə və İnsan Resursları komandası ilə sıx əməkdaşlıqda işləmək.

İş şəraiti:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri );
  • İş yeri: “BakuBus” MMC;
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

Tələblər

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
  • Dövlət müəssisəsində əmək haqqı sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” Qanun, habelə əmək münasibətlərini tənzimləyən digər müvafiq normativ-hüquqi aktlar üzrə biliklərə malik olmaq;
  • MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
  • 1C mühasibat proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Elektron hökumət portalları ilə işləmə bacarığı (e-gov, e-taxes, dsmf, Əmas və s.);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili bilikləri arzuolunandır);
  • Dəqiqlik, məsuliyyət, etibarlılıq və etik davranış prinsiplərinə sadiqlik;
  • Məlumatların məxfiliyinə və vaxtında təqdim olunmasına ciddi riayət etmək;
  • PMS sertifikatı (üstünlük verilir).


Oxşar vakansiyalar