Bakı,
Azərbaycan
17.09.2025 00:00
-
17.10.2025 00:00
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək və rəsmi sənədləşdirmək;
- ƏMAS portalında sərbəst işləmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
- Mal hərəkətinin uçotu və inventarizasiyası;
- Materialların düzgün sayını, saxlanma qaydalarını və stokunu izləmək;
- Aylıq hesabatlar hazırlamaq: anbar balansı, istifadə və qalıq materiallar;
- Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək.
İş şəraiti:
- İş saatı 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək;
- İstirahət günü: Bazar;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Mobil telefon, korporotiv nömrə və aylıq mobil rabitə limiti şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 1500-1800 AZN ( Namizədin bilik və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək ).
CV formalarını (şəkilsiz CV- qəbul edilmir) Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Mühasib - əməliyyatçı” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).
Tələblər
- Müvafiq sahədə ali təhsil diplomu;
- Minimum 3 il mühasibatlıq və anbar uçotu üzrə təcrübəsi olmalı;
- PMS sertifikatlarının olması üstünlükdür;
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
- 1C (Anbar modulu) və MS Excel bilikləri;
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
- Fikrini izah etmək qabliyyəti, dəqiq və məsuliyyətli olmaq, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.