Resant

Mühasib (Hesabat şöbəsi)

Resant
Ə/h razılaşma ilə
1245
Tam iş günü
Bakı, Azərbaycan
19.08.2025 12:52 - 19.09.2025 12:00

İş haqqında məlumat

  • Mühasibat uçotunun aparılması və gündəlik əməliyyatların işlənməsi;
  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik;
  • Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
  • Bank və kassa əməliyyatlarının qeydiyyatı;
  • Debitor və kreditor borclarına nəzarət;
  • Rəhbərliyə maliyyə hesabatlarının təqdim olunması.

İş şərtləri:

  • İş qrafiki: İş qrafiki: 6 günlük;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində);
  • Yaş həddi:  23 - 40 yaş;
  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Office proqramlarını və 1C mühasibat proqramını sərbəst istifadə bacarığı;
  • Dəqiqlik, məsuliyyət və analitik düşüncə qabiliyyəti.


Oxşar vakansiyalar