Iktex LLC

Mühasib köməkçisi

Ə/h razılaşma ilə
2486
Tam iş günü
Bakı, Azərbaycan
02.05.25 - 02.06.25

İş haqqında məlumat

  • Mühasibat sənədlərinin toplanması, sistemləşdirilməsi və ilkin işlənməsi;
  • Gündəlik maliyyə əməliyyatlarının 1C və ya digər mühasibat proqramlarında qeydiyyata alınmasında iştirak;
  • Qaimə-fakturaların, hesab-fakturaların hazırlanmasına kömək;
  • Bank sənədlərinin işlənməsi və hesabatların hazırlanmasına dəstək;
  • Əməkhaqqı, ezamiyyə və digər ödənişlərin hesablanmasına yardım;
  • Mühasibat uçotu sənədlərinin arxivləşdirilməsində iştirak;
  • Dövlət orqanlarına təqdim olunacaq hesabatların hazırlanmasında baş mühasibə kömək etmək;
  • Satınalma sənədlərinin hazırlanmasında və müqayisə cədvəllərinin tərtibatında iştirak etmək;
  • Tender sənədlərinin toplanması, sistemləşdirilməsi və tenderə təqdim ediləcək maliyyə sənədlərinin düzgünlüyünün yoxlanılmasında iştirak;
  • Tender nəticələrinə əsasən müqavilələrin maliyyə tərəflərinin (qiymət, ödəniş şərtləri, büdcə uyğunluğu) yoxlanmasına kömək etmək;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
  • Həftə içi 5 gün;
  • İş saatı: 09:00-dan - 18:00-dək.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • 1C, Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Analitik düşüncə və dəqiqlik;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq.


Oxşar vakansiyalar