AZDIZAYN GROUP

Mühasib köməkçisi

AZDIZAYN GROUP
600 - 700 ₼
533
Tam iş günü
Bakı, Azərbaycan
22.08.2025 04:56 - 22.09.2025 12:00

İş haqqında məlumat

  • Mühasibat sənədlərinin hazırlanmasında, qeydiyyatında və arxivləşdirilməsində iştirak edir;
  • Mühasib tərəfindən tapşırılan ilkin sənədlərin (qaimə, kassa sənədləri, hesab-faktura, müqavilə və s.) düzgünlüyünü yoxlayır və sistemə daxil edir;
  • Kassa əməliyyatlarının və bank ödənişlərinin qeydiyyatında kömək edir;
  • Əmək haqqı, ezamiyyə, məzuniyyət və digər ödənişlərin hesablanmasında mühasibə dəstək göstərir;
  • Vergi və statistika hesabatlarının hazırlanmasında mühasibə yardım edir;
  • Elektron qaimələrin yazılması və digər elektron mühasibat əməliyyatlarının sistemə daxil edilməsini icra edir;
  • Banklar üzərindən köçürmə əməliyyatlarını icra edir;
  • Şirkət daxili maliyyə sənədlərinin düzgün saxlanmasını təmin edir;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirir.

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı: 600 – 700 AZN.

Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib köməkçisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Diqqətcillik;
  • Hesablama qabiliyyəti;
  • Ünsiyyətcillik;
  • Analitik düşünmə qabiliyyəti;
  • MS Office kompüter proqramları biliyi;
  • Yaş həddi: 20-35;
  • 1 C biliyi mütləqdir.