Smart General Supply

Mühasib köməkçisi

Smart General Supply
400 ₼
952
Tam iş günü
Bakı, Azərbaycan
03.11.2025 03:28 - 03.12.2025 12:00

İş haqqında məlumat

Maliyyə sənədlərinin hazırlanması və saxlanması:

  • Gəlir və xərclərlə bağlı müvafiq sənədlərin hazırlanması.
  • Mühasibat uçotu sistemində sənədlərin qeydiyyatı və sistemə daxil edilməsi.
  • Müxtəlif maliyyə sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanması.

Fakturaların və digər maliyyə sənədlərinin işlənməsi:

  • Satış və alış fakturalarının düzgün qaydada yazılması və qeydiyyatı.
  • Həftəlik və aylıq maliyyə hesabatlarının hazırlanması.

Vergi öhdəliklərinin izlənməsi:

  • Vergi hesabatlarının hazırlanmasında kömək etmək.
  • Vergi ödəmələrinin vaxtında yerinə yetirilməsi üçün lazım olan məlumatları hazırlamaq.

Bank və kassa əməliyyatlarının qeydiyyatı:

  • Bank əməliyyatlarının düzgün qeydiyyatını təmin etmək.
  • Kassa əməliyyatlarının izlənməsi və sənədləşdirilməsi.

Debitor və kreditor hesablarının nəzarəti:

  • Müştəri və təchizatçılara olan borc və alacaq hesablarının izlənməsi.
  • Debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında qeydiyyatı.

İnventarizasiyanın keçirilməsi:

  • Şirkət mal və materiallarının sayımını aparmaq.
  • Mal və məhsul balanslarını izləmək və qeydə almaq.

Hesabatların hazırlanması və təqdim edilməsi:

  • Mühasibatlıq üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.
  • Hesabatların zamanında və düzgün təqdim edilməsini təmin etmək.

Daxili yoxlamaların dəstəklənməsi:

  • Şirkətin maliyyə fəaliyyətlərinin düzgünlüyünü yoxlamaq və rəhbərliyə məlumat vermək.
  • Mühasibatlıq proseslərinin düzgünlüyünü təmin etmək üçün daxili yoxlamalara kömək etmək.

İş barədə məlumat:

  • Ünvan: Binəqədi rayonu, Binəqədi şosesi 7
  • Əmək haqqı: razılaşma ilə (fix 400+)

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Tələblər

  • Yaş: 23-35;
  • Təhsil: ali;
  • İş təcrübəsi: 1 ildən yuxarı;
  • Xanım mühasiblər;
  • Azərbaycan dili,rus dili(arzuolunandır);
  • İşə dəqiq, operativ və məsuliyyətli yanaşma;
  • Komandada işləmə bacarığı olmalı;
  • Mühasibatlıq və vergi münasibətlərinin əsas bilikləri.

Şəxsi keyfiyyətləri:

  • Müştəri ilə danışıq bacarığı;
  • Səlist danışıq qabiliyyəti;
  • Davamlı mütaliə edən və inkişafa yönümlülük;
  • Komandada işləmə bacarığı;
  • Ünsiyyətcillik;
  • Dəqiqlik və məsuliyyət;
  • Problemləri həll etmə bacarığı;
  • Stresə davamlılıq.


Oxşar vakansiyalar