EM

Mühasib köməkçisi

EBE MMC
500 ₼
354
Tam iş günü
Bakı, Azərbaycan
28/04/2026 - 12/05/2026

İş haqqında məlumat

Şirkətimiz polietilen örtüklərin istehsalı ilə məşğuldur və məhsullar ölkə xaricinə ixrac olunur. Sürətlə inkişaf edən istehsalat mühitində işləmək və real təcrübə qazanmaq imkanı yaradılır.

  • Malların anbara mədaxil və məxaricinə nəzarət
  • Məlumatların ilkin olaraq Excel proqramında işlənməsi
  • İstehsalat aktlarının hazırlanması
  • Kargüzarlıq işlərinin yerinə yetirilməsi
  • Rəsmi əmək müqaviləsi ilə təmin olunur

Təklif etdiyimiz şərtlər:

  • İş qrafiki: Həftədə 5 gün, saat 09:00–18:00 
  • Əmək haqqı: 500 AZN
  • İş yeri: Maştağa, Bakı. 

Tələblər

  • Maştağa və yaxın ərazilərdə yaşayanlara üstünlük verilir;
  • Bu sahə üzrə təhsil üstünlükdür.(iqtisadiyyat sahəsi üzrə təhsil, hazırda davam etdirədə bilər)
  • Müvafiq sahədə minimum 6 ay təcrübə
  • MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Əla ünsiyyət və təqdimetmə bacarığı.
  • Məsuliyyətli, öyrənməyə açıq və diqqətli olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar