Bakı,
Azərbaycan
04/06/2026
-
18/06/2026
İş haqqında məlumat
Beynəlxalq audit və konsaltinq şirkətində uğurlu karyera qurmaq istəyən, yüksək motivasiyaya malik, məsuliyyətli və peşəkar inkişaf hədəfləri olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- İnternet bankçılıq əməliyyatlarının həyata keçirilməsi və nəzarəti;
- Əməkhaqqı və digər maliyyə hesablamalarının aparılması;
- Aylıq hesab-fakturaların və ƏDV hesab-fakturalarının hazırlanması;
- Debitor və kreditor borclarının üzləşdirilməsi;
- Aylıq, rüblük və illik vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- 1C proqramında mühasibat uçotunun aparılması;
- Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərinə uyğun digər tapşırıqların icrası.
Biz nə təklif edirik
- Peşəkar və dinamik iş mühiti;
- Karyera inkişafı və öyrənmə imkanları;
- Müxtəlif sahələr üzrə praktiki təcrübə qazanmaq imkanı.
Tələblər
- Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya Biznesin idarəedilməsi üzrə ali təhsil;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
- Vergi və maliyyə uçotu sahəsində nəzəri və praktiki biliklər;
- Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlük hesab olunur);
- 1C proqramında işləmək bacarığı;
- Analitik düşüncə, yüksək məsuliyyət hissi və detallara diqqət;
- Gərgin iş qrafikində və dinamik mühitdə effektiv işləmək bacarığı;
- Yüksək motivasiya, peşəkar inkişaf istəyi və müştəriyönümlü yanaşma.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.