Bakı,
Azərbaycan
17/11/2025
-
17/12/2025
İş haqqında məlumat
- Mühasibat uçotu əməliyyatlarının aparılmasında baş mühasibə dəstək göstərmək;
- Müvafiq mühasibatlıq əməliyyatlarının “1C 8.3” proqramında həyata keçirilməsi;
- Gündəlik maliyyə sənədlərinin (qaimə, hesab-faktura, müqavilə və s.) düzgün tərtibi və sistemə daxil edilməsini təmin etmək;
- Bank əməliyyatlarının, kassa və ödəniş sənədlərinin hazırlanması və arxivləşdirilməsində iştirak etmək;
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında dəstək vermək;
- Mal-material, əsas vəsait və inventar uçotunun aparılmasında iştirak etmək;
- Aylıq gəlir-xərc və debitor-kreditor hesabatlarının hazırlanmasında köməklik göstərmək;
- Elektron qaimələrin və e-taxes.gov.az, e-gov.az portallarında əməliyyatların yerinə yetirilməsində iştirak etmək;
- Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və düzgün saxlanılmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər mühasibatlıq və inzibati tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük (09:00–18:00)
- Əmək haqqı: 500-600 manat, tələb olunan bilik və bacarıqlara görə müəyyən olunur.
Müraciət qaydası:
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Mühasib köməkçisi” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.
Tələblər
- Ali təhsil – maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə;
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (praktika və ya köməkçi səviyyəsi qəbul edilir);
- 1C 8.3 mühasibat proqramında işləmək bacarığı (mütləq üstünlük);
- Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərindən birində ilkin səviyyədə bilik arzuolunandır;
- Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmək bacarığı;
- Yüksək etik standartlar və konfidensial məlumatlarla işləmə bacarığı;
- Öyrənməyə açıq və təşəbbüskar yanaşma.