PJA MMC

Mühasib (ödənişlər üzrə)

PJA MMC
Ə/h razılaşma ilə
544
Tam iş günü
Bakı, Azərbaycan
10/03/2026 - 24/03/2026

İş haqqında məlumat

Şirkətin gündəlik ödəniş əməliyyatlarının düzgün, vaxtında və daxili maliyyə intizamına uyğun şəkildə icrasını təmin etmək, bank əməliyyatları, hesablaşmalar və əlaqəli sənədləşmə proseslərini nəzarətdə saxlamaq.

Əsas vəzifə öhdəlikləri

  • 1C proqramında ödəniş tələbnamələrinin yaradılmasını, düzgün rəsmiləşdirilməsini və təsdiq marşrutu üzrə yönləndirilməsini təmin etmək.
  • Təsdiqlənmiş ödəniş tələbnamələrini gündəlik izləmək, ödəniş prioritetlərinə uyğun icrasını təmin etmək.
  • İnternet-bankçılıq sistemi və depozit hesabları vasitəsilə ödəniş əməliyyatlarını həyata keçirmək.
  • İcra olunmuş ödənişləri 1C proqramında düzgün və vaxtında əks etdirmək, bütün əsaslandırıcı sənədlərin uyğunluğunu yoxlamaq.
  • E-qaimə, hesab-faktura və əlaqəli sənədlər üzrə əməliyyatların 1C sistemində işlənməsini və nəzarətini həyata keçirmək.
  • Banklarla xarici valyuta alqı-satqısı əməliyyatlarını icra etmək, müvafiq sənədləşmə və uçot prosesini aparmaq.
  • Nəğdsiz hesablaşmaların gündəlik monitorinqini aparmaq, ödənişlərin plan, öhdəlik və prioritet ardıcıllığı ilə icrasını təmin etmək.
  • Malsatanlar, podratçılar, icarədarlar və digər kreditorlarla hesablaşmalara nəzarət etmək, borc intizamını izləmək.
  • Material, kommunal və digər xidmətlər üzrə ödəniş sənədlərinin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək.
  • Bank əməliyyatları, xərclər, hesablaşmalar və kreditor borclar üzrə hesabatların hazırlanmasında iştirak etmək.
  • Bank, vergi, gömrük və digər aidiyyəti qurumlarla rəsmi yazışmaları və operativ koordinasiyanı həyata keçirmək.
  • Maliyyə meneceri və ya baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
  • Kommersiya sirrini, maliyyə məlumatlarının məxfiliyini və daxili intizam qaydalarını qorumaq.

Tələblər

  • Təhsil: Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsil.

İş təcrübəsi:

  • Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • ödənişlər, bank əməliyyatları və hesablaşmalar üzrə praktiki təcrübə üstünlük hesab olunur.

Proqram bilikləri:

  • 1C 8.3 — mütləq
  • İnternet-bankçılıq sistemləri ilə işləmə bacarığı — mütləq
  • MS Excel — yaxşı səviyyədə
  • Pivot cədvəllər, filtrlər, uzlaşdırma və hesabatların hazırlanması bacarığı — üstünlükdür

Peşəkar biliklər:

  • Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə əsas biliklər
  • Ödəniş sənədlərinin rəsmiləşdirilməsi qaydaları
  • Bank əməliyyatları və hesablaşma intizamı üzrə anlayış

Şəxsi keyfiyyətlər:

  • Diqqətlilik və dəqiqlik
  • Məsuliyyətlilik və operativlik
  • Vaxtın düzgün idarə olunması
  • Məxfilik prinsiplərinə riayət
  • Komanda ilə işləmə və işgüzar ünsiyyət bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar