General Supply

Mühasib-operator

General Supply
800 - 1000 ₼
1267
Tam iş günü
Bakı, Azərbaycan
17/06/2026 - 01/07/2026

İş haqqında məlumat

  • İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və sistemə daxil edilməsi;
  • E-qaimə, e-taxes və digər dövlət portallarında elektron əməliyyatların icrası, qaimə və hesab-fakturaların hazırlanması;
  • 1C (8.3) proqramında mühasibat əməliyyatlarının düzgün, tam və vaxtında işlənməsi;
  • Gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının (mədaxil, məxaric, bank köçürmələri və s.) sistemdə uçotunun aparılması;
  • Kassa və bank əməliyyatlarının icrası və qeydiyyatının aparılması;
  • Debitor və kreditor hesablaşmaların mütəmadi nəzarətdə saxlanılması, qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi;
  • Aylıq, rüblük və illik hesabatların hazırlanması prosesində mühasibatlıq şöbəsinə dəstək göstərilməsi;
  • Vergi, DSMF və digər dövlət orqanları üçün tələb olunan hesabat sənədlərinin hazırlanmasında iştirak;
  • Mühasibatlıq şöbəsinin gündəlik iş axınında iştirak;
  • Mühasibat sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq arxivləşdirilməsi və elektron bazada sistemləşdirilməsi.

Təminatlar:

  • Korporativ nömrə;
  • Tibbi siğorta;
  • Əmək haqqı: 800-1000 AZN;

Tələblər

  • Ali təhsil (maliyyə-mühasibatlıq, iqtisadiyyat üzrə);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • 1C 8.3 və MS Office proqramlarında işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar