Bakı,
Azərbaycan
28/08/2026
-
11/09/2026
İş haqqında məlumat
Vəzifənin qısa təsviri:
- Satış üzrə Mühasibin əsas rolu tekstil istehsalı müəssisəsində yerli və ixrac satış əməliyyatlarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını, daxil olan ödənişlərin sistemdə işlənilməsini, elektron qaimələrin hazırlanmasını və müvafiq hesabatların tərtib edilməsini təmin etməkdir. Bu vəzifə satış və ödəniş məlumatlarının MİCRO sistemində düzgün əks etdirilməsini, ixrac əməliyyatları üzrə xərclərin və hesabatların uçotunun aparılmasını, müştəri borclarına nəzarəti, eləcə də müvafiq vergi və maliyyə tələblərinə uyğunluğun təmin edilməsini əhatə edir.
Əsas vəzifə və öhdəliklər:
- Müştərilərdən və POS terminallardan daxil olan ödənişlərin ERP proqramına daxil edilməsi;
- Yerli və ixrac satışlarının ERP sistemində uçotunun aparılması;
- Yerli satışlar üzrə elektron qaimələrin hazırlanması və müvafiq vergi sistemində işlənilməsi;
- Satışdan daxil olan ödənişlərin müvafiq fakturalarla sistem üzərindən əlaqələndirilməsi;
- Ay sonunda elektron qaimələr üzrə satışların sistem məlumatları ilə dəqiqləşdirilməsi;
- Konsiqnasiya hesabatlarının hazırlanması və banka təqdim edilməsi;
- Müştəri borclarının mütəmadi izlənilməsi və nəzarətdə saxlanılması;
- Sorğu üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb olunan təhsil və təcrübə:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Mühasibatlıq və ya satış uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
MİCRO proqramı ilə işləmə təcrübəsi;
- Elektron qaimələrin hazırlanması və vergi sistemlərində işləmə təcrübəsi;
- Yerli və ixrac satış əməliyyatlarının uçotu üzrə praktiki təcrübə;
- İxrac əməliyyatları və müvafiq hesabatların hazırlanması üzrə biliklər.
Tələblər
- MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
- Mühasibat uçotu və satış əməliyyatları üzrə biliklər;
- Vergi və elektron qaimə sistemləri ilə işləmə bacarığı;
- Elektron yük nəqliyyat qaimələrinin AYNA portalına daxil edilməsi;
- Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
- Yüksək diqqətlilik və detallara önəm vermə;
- Məsuliyyətlilik və dəqiqlik;
- Hesabatların hazırlanması və məlumatların təhlili bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və işlərin vaxtında icra olunması;
- Komandada işləmək bacarığı.
- Azərbaycan dilini ana dili səviyyəsində bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür.
İş şəraiti:
- İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
- Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.