Bakı,
Azərbaycan
06/05/2026
-
20/05/2026
İş haqqında məlumat
Konsaltinq sahəsində fəaliyyət göstərən şirkətimiz, mühasibatlıq sahəsində özünə karyera qurmaq istəyən dinamik və öyrənməyə həvəsli gəncləri Təcrübə proqramına dəvət edir.
Təcrübə proqramı 1 ay davam edəcək və bu müddəti uğurla başa vuran namizədə daimi iş təklif olunacaqdır.
Təcrübə dövründə nələri öyrənəcəksiniz?
- İlkin sənədlərin (qaimə, hesab-faktura, akt və s.) hazırlanması və sistemə işlənilməsi;
- Maliyyə əməliyyatlarının (gəlir-xərc) uçotunun aparılması;
- Dövlət portalları ( new e-taxes, ƏMAS, e-customs) ilə praktiki iş bacarığı;
- Bank və kassa əməliyyatlarının izlənilməsi;
- Debitor və kreditor borclara nəzarət edilməsi
- Əməkhaqqı hesablamalarının aparılması, vergi və sosial sığorta tutulmalarının yerinə yetirilməsi;
Şirkət tərəfindən təmin edilir:
- Yol və nahar xərclərinin qarşılanması;
- Real iş mühitində peşəkar mühasiblər tərəfindən mentorluq;
- Təcrübə müddətini uğurla keçdikdə daimi işlə təmin olunma imkanı.
İş şəraiti:
- İş rejimi: 5 günlük (09:00 - 18:00);
- Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.)
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq sahəsində);
- MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;
- Öyrənməyə yüksək həvəs və məsuliyyətlilik;
- Rəqəmlərlə işləmə və analitik düşünmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.