Bakı,
Azərbaycan
09/09/2026
-
23/09/2026
İş haqqında məlumat
“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Binə Agro” QSC Mühasib-Xəzinədar vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
- Mədaxil-məxaric sənədləri əsasında kassa kitabının aparılması, pulun və qiymətli kağızların faktiki məbləğini kitabdakı qalıqla yoxlayıb, iş günü sonunda kassa hesabatını tərtib etmək;
- Xəzinə əməliyyatlarını yerinə yetirmək;
- Kassa sənədlərini yoxlamaq;
- Kassa və bank əməliyyatlarının 1C mühasibatlıq proqramında qeydiyyatını təmin etmək;
- Mühasibatlıq hesabatlarında əməliyyatların düzgün müxabirləşməsini təmin etmək;
- Mühasibatlıq proqramında pul vəsaitlərinin düzgün xərc maddələri üzrə bölüşdürülməsi və hesabların düzgün aparılmasını təmin etmək;
- Statistik hesabatların verilməsini təmin etmək;
- Şöbə Rəhbəri tərəfindən cari əməliyyatları yerinə yetirmək və məlumat vermək.
Tələblər
- Ali təhsil;
- Əlavə təlim/sertifikasiyanın olması üstünlükdür;
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
- Rus dili biliyinin olması arzuolunandır;
- 1C və MS Office proqramlarında işləmək mütləqdir;
- Məsuliyyətli və çevik olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Stressə davamlı olmaq;
- Bəy namizəd;
- Avtomobilinin olması üstünlükdür.
Biz təklif edirik
- Əmək müqaviləsinin müddəti: 1 il;
- İş yeri: Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu;
- Əmək haqqı: 1200 AZN-dən;