Bakı,
Azərbaycan
12/10/2026
-
26/10/2026
İş haqqında məlumat
Dost Tədris Mərkəzi mühasibatlıq sahəsində karyera qurmaq istəyən şəxslər üçün nəzərdə tutulan Mühasib Yetişdirmə Proqramı üzrə təcrübəli təlimçi axtarır.
Proqramın məqsədi iştirakçılara mühasibat uçotu, vergi uçotu və 1C proqramını praktiki şəkildə öyrətmək, onları əmək bazarına və real iş mühitinə hazırlamaqdır.
Əsas vəzifələr
- Mühasibat uçotu, vergi uçotu və 1C üzrə təlimlərin keçirilməsi;
- Real iş proseslərinə əsaslanan praktiki tapşırıqların və nümunələrin tətbiqi;
- İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi, onların inkişafının izlənilməsi;
- İştirakçıların mühasib köməkçisi və kiçik mühasib vəzifələrində işləməyə hazırlanması.
İş qrafiki və əməkdaşlıq şərtləri
- Təlimlər iş saatlarından sonra, saat 19:00-dan etibarən keçiriləcək;
- Dərslər üzrə qrafik və əməkdaşlıq şərtləri qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Tələblər
- Mühasibatlıq sahəsində minimum 5 il praktiki iş təcrübəsi;
- Minimum 6 ay təlimçilik və ya müəllimlik təcrübəsi;
- Mühasibat uçotu, vergi uçotu və 1C proqramı üzrə nəzəri və praktiki biliklər;
- Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər;
- Mühasibat əməliyyatları, ilkin sənədlər, əməkhaqqı hesablamaları, vergi öhdəlikləri və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
- Təlim proqramının və dərs materiallarının əvvəlcədən hazırlanmış olması;
- Tədris materiallarını, praktiki tapşırıqları, keys və qiymətləndirmə vasitələrini hazırlamaq bacarığı;
- Mövzuları sadə, anlaşılan və sistemli şəkildə izah etmək bacarığı;
- Sıfırdan başlayan iştirakçılarla işləmək və onların praktiki bacarıqlarını inkişaf etdirmək qabiliyyəti.