Bakı,
Azərbaycan
17/02/2026
-
03/03/2026
İş haqqında məlumat
- Mühasibat uçotu xəttini idarə etmək, uçotun düzgünlüyünü, tamlığını və hesabat intizamını təmin etmək
- Ay sonu bağlanış təqvimini hazırlamaq, bağlanış prosesini idarə etmək və bütün mərhələlər üzrə deadline-lara əməl olunmasını təmin etmək
- Ay sonu uzlaşdırmaları (bank, debitor/kreditor, avanslar, ehtiyatlar, əsas vəsait, intercompany və s.) planlamaq və icrasına nəzarət etmək
- Bağlanışın keyfiyyətinə nəzarət etmək (düzgünlük, tamlıq, aid olduğu dövrə düşmə/cut-off, əsaslandırma və sənədləşmə)
- Uçot proseslərini standartlaşdırmaq, prosedur və təlimatları hazırlamaq/yeniləmək və tətbiqini təmin etmək
- RACI (məsuliyyət bölgüsü) və DoA (səlahiyyət matrisi) çərçivəsində təsdiq axınlarını (approval flow) qurmaq və işlək vəziyyətdə saxlamaq
- Daxili nəzarət tədbirlərini tətbiq etmək, riskləri müəyyənləşdirmək, uyğunsuzluqları araşdırmaq və aradan qaldırılmasını təmin etmək
- Audit proseslərini (daxili/xarici) koordinasiya etmək, audit sorğularına vaxtında cavab verilməsini təmin etmək və tapıntılar üzrə tədbirlər planını icra etmək
- Komandanı planlamaq, iş bölgüsünü aparmaq, iş yükünü balanslamaq, performansı monitorinq etmək və inkişaf planlarını formalaşdırmaq
- Uçot proseslərinin düzgün işləməsinə nəzarət etmək, avtomatlaşdırma və təkmilləşdirmə təşəbbüsləri irəli sürmək
- Kritik riskləri (bağlanış gecikməsi, böyük düzəlişlər, vergi/audit riskləri, nəzarət boşluqları və s.) vaxtında eskalasiya etmək və icra planı təqdim etmək
- CFO üçün aylıq yekun hesabat paketini hazırlamaq, əsas dəyişiklikləri, sapmaları və səbəbləri izah etmək
Əlavə təminatlar:
- Rəqabətqabiliyyətli əmək haqqı paketi
- Yanacaq kartı
- Könüllü Tibbi Sığorta
- Nahar təminatı
- Korporativ nömrə və aylıq danışıq limiti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 7 il təcrübə, o cümlədən ən azı 3 il rəhbər təcrübəsi;
- Mühasibat uçotu və hesabatlılıq üzrə praktik bilik və tətbiq təcrübəsi (ay sonu bağlanış, uzlaşdırmalar, hesabat paketləri)
- Proses və nəzarət yönümlü yanaşma: prosedur yazılması, proses standartlaşdırılması, RACI/DoA məntiqi, daxili nəzarət və risk düşüncəsi
- ACCA/CPA/DipIFR və ya ekvivalent sertifikatlar üstünlükdür
- MS Excel üzrə yaxşı səviyyə;
- Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
- Komanda idarəetməsi, kommunikasiya və koordinasiya bacarıqları
- Top of Form
- Bottom of Form
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.