Mühasibat uçotu və hesabatlılıq şöbəsi, şöbə müdiri
İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
242
Tam iş günü
Bakı,
Azərbaycan
09/10/2026
-
23/10/2026
İş haqqında məlumat
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun təşkili və nəzarət: Milli Mühasibat Uçotu Standartlarına və mühasibat haqqında qanunvericiliyə uyğun olaraq gündəlik mühasibat proseslərinin idarə olunmasını təşkil etmək və gedişata tam nəzarət etmək.
- Hesabatlılıq: Vergi, Statistika, Məşğulluq, DSMF və digər dövlət hesabatlarının vaxtında, dürüst tərtib olunmasına və e-Taxes/gov portalları vasitəsilə göndərilməsinə nəzarət etmək.
- Xarici kommunikasiya və əlaqələr: Banklar, Vergi Xidməti, Statistika Komitəsi, Məşğulluq Agentliyi və digər dövlət qurumları ilə rəsmi yazışmaları idarə etmək; Təchizatçılar və Subpodratçılarla danışıqlar aparmaq, maliyyə məsələləri üzrə operativ əlaqə qurmaq.
- Kənar Audit və Yoxlamalar: İllik kənar audit (maliyyə auditi) prosesini idarə etmək, auditorlar üçün lazımi məlumat və hesabatları hazırlamaq; Hesablama Palatası, Vergi və digər dövlət yoxlamaları zamanı qurumu rəsmi təmsil etmək.
- Aylıq və dövr bağlanışları: Ay sonu dövr bağlanışı prosesini idarə etmək, aylıq mühasibat və idarəetmə hesabatlarını (Dövriyyə balansı (Trial Balance), debitor/kreditor hesabatları və s.) hazırlamaq, balansa nəzarət etmək.
- Aktivlərin, anbarın və əməkhaqqının idarə edilməsi: Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material qiymətlilərinin (anbar uçotunun) və Əməkhaqqı hesablamalarının daxili prosedurlara və qanunvericiliyə uyğun olaraq düzgün aparılmasını bilmək və nəzarətdə saxlamaq.
- Maliyyə intizamı və Şəffaflıq: Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin hərəkətinə, xərclərin smetaya (büdcəyə) uyğun xərclənməsinə ciddi maliyyə intizamı çərçivəsində nəzarət etmək.
- Sistemin inkişafı və Avtomatlaşdırma: Mühasibatlıq proqramlarının və iş proseslərinin təkmilləşdirilməsi üçün proqramda lazımi struktur dəyişikliklərini və yeni funksionallıqları müəyyən etmək, texniki tapşırıqları hazırlamaq və bu istiqamətdə İT/tərtibatçı komandası ilə effektiv kommunikasiya qurmaq.
- Üzləşmələr və Rekonsilyasiya (Recon): Bank, Kassa, Təchizatçı və Müştəri hesablarının, Dövrüyyə cədvəli qalıqlarını yoxlamaq, üzləşdirmə proseslərini və verilən tapşırıqların icrasını təmin etmək.
- Qanunvericiliyə uyğunluq: Vergi, Əmək və Mülki məcəllələrin tələblərinə riayət olunmasını təmin etmək, vergi risklərini öncədən müəyyən edərək minimuma endirmək.
- Komandanın idarə edilməsi: Şöbə daxilində iş bölgüsü aparmaq, əməkdaşların gündəlik/aylıq tapşırıqlarının icra keyfiyyətinə nəzarət etmək.
Tələblər
- Təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya audit sahəsi üzrə ali təhsil.
- Təcrübə: Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi.
- İstehsalat təcrübəsi: İstehsalat uçotu sahəsində təcrübəsinin olması arzuolunandır (üstünlükdür).
- Sertifikat: PMS mütləq; Beynəlxalq sertifikatlar (ACCA F3/F7/F9) olması üstünlükdür.
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və "Mühasibat uçotu haqqında" AR Qanununu bilmək.
- Proqram bilikləri: 1C (8.3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı.
- Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır.
Şəxsi keyfiyyətlər və Kompetensiyalar:
- Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək);
- Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı;
- Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam.