Mühasibat uçotu və Vergilər üzrə Kiçik mühasib
SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
764
Tam iş günü
Bakı,
Azərbaycan
31/03/2026
-
14/04/2026
İş haqqında məlumat
- İlkin mühasibat sənədlərinin (fakturalar, qaimələr, aktlar, müqavilələr və s.) toplanması, yoxlanılması və sistemə daxil edilməsində iştirak edir;
- Materiallarla bağlı əməliyyatlarda daxili siyasətlərə, vergi qanunvericiliyinə və mühasibat standartlarına riayət edir;
- Materiallar üzrə daxil olan fakturaların düzgünlüyünü və müqavilə şərtlərinə uyğunluğunu yoxlayır;
- Fakturaların satınalma sifarişləri (PO) və təhvil-təslim sənədləri ilə uyğunluğunu yoxlayır;
- Uyğunsuzluqları müəyyən edir və Satınalma (PSCM) şöbəsi və vendorlarla birgə həllində iştirak edir;
- Fakturaların təsdiq olunmuş ödəniş şərtlərinə uyğun olaraq vaxtında ödənilməsinə dəstək verir;
- Mühasibat uçotu və Vergilər üzrə Kiçik mühasib Xidmətlərlə bağlı kreditorlarla işlərdə dəstək göstərir; xərclərin xərc mərkəzləri üzrə düzgün və dəqiq uçotu üçün işçi faylların hazırlanmasında iştirak edir;
- Müvafiq maliyyə məlumatlarını təhlil edir;
- Dəyərinə və faydalı istifadə müddətinə əsasən kapitallaşdırılmalı materialların müəyyən edilməsində iştirak edir;
- Kapitallaşdırma meyarlarına uyğun materialların sistemdə düzgün əks etdirilməsini təmin edir;
- Kreditor borcları və materiallarla bağlı hesabların uzlaşdırılmasında iştirak edir;
- Audit proseslərində tələb olunan sənədlərin hazırlanmasında iştirak edir;
- Təchizatçılardan daxil olan sorğulara (ödəniş statusu, fakturalar və s.) cavab verir;
- Ödəniş və fakturalarla bağlı yaranan uyğunsuzluqların həllində iştirak edir;
- SAP ERP və ya digər mühasibat sistemlərində əməliyyatların düzgün uçotunu təmin edir;
- Sənədlərin düzgün arxivləşdirilməsini və DMS (Document Management System) sistemində yerləşdirilməsini təmin edir;
- Mühasibat komandası daxilində gündəlik əməliyyatlara dəstək verir;
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak edir;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqədar sahə);
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə əsas biliklər;
- SAP ERP və ya digər mühasibat proqramları ilə işləmək bacarığı;
- Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
- Azərbaycan və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı.
- 2 il iş təcrübəsi (Mühasibat sahəsində təcrübə üstünlükdür);
- Fakturaların emalı, xərc bölgüsü və ilkin uçot sənədləri ilə işləmə təcrübəsi arzuolunandır.
Əlavə tələblər:
- Detallara yüksək diqqət və dəqiqlik;
- Böyük həcmdə əməliyyatlarla işləmək bacarığı;
- Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
- Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
- Analitik düşüncə və məsuliyyətlilik;
- Prosesləri öyrənmək və təkmilləşdirmək istəyi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.