Accounting and Tax Solutions

Mühasibat üzrə Təcrübəçi

Accounting and Tax Solutions
Ə/h razılaşma ilə
2229
Təcrübə
Bakı, Azərbaycan
13.08.2025 04:33 - 13.09.2025 12:00

İş haqqında məlumat

Accounting.Az şirkəti, mühasibatlıq sahəsində gələcək peşəkar mütəxəssislərini yetişdirmək məqsədilə Mühasibat üzrə Təcrübəçi axtarır. Bu vəzifəyə seçiləcək namizədlərə təcrübə müddəti ərzində həm nəzəri, həm də praktik biliklər veriləcəkdir. Təcrübə proqramını uğurla başa vuran namizədlər şirkətimizdə davamlı işlə təmin olunacaqdır.

Bizim şirkətdə mühasibat üzrə təcrübə proqramına qoşulan hər bir şəxs, öz inkişaf yolunda addım-addım irəliləyərək, təcrübəçidən baş mütəxəssisə qədər yüksələ bilər. Bütün təlimlər şirkət tərəfindən təmin edilir və bu yolda qarşıya qoyulan məqsədlərə çatmaq üçün dəstək verilir.

Nələri öyrənəcəksiniz?
Təcrübə müddətində aşağıdakı fəaliyyətlərdə iştirak edəcəksiniz və təcrübəli mühasiblər tərəfindən öyrədiləcəksiniz:

  • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi;
  • Aylıq, rüblük və illik vergi və statistik hesabatların hazırlanması;
  • Bank ödənişlərinin icra edilməsi və düzgün sənədləşdirilməsinin təmin edilməsi;
  • Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət;
  • Aylıq əməkhaqqı, məzuniyyətlər və işçilərə olan digər ödənişlərin hesablanması;
  • Rəhbərlik tərəfindən verilən digər iş tapşırıqlarının yerinə yetirilməsi.

Təcrübə müddətində sizə veriləcək təminatlar:

  • Ölkənin top konsaltinq şirkətlərindən birində işə qəbul imkanı;
  • Peşəkar mühasiblərlə birgə işləmə təcrübəsi;
  • Korporativ mühitdə peşəkar inkişaf imkanı;
  • Təlimlər – Təcrübəçilərin pulsuz təlimlərdə iştirak edərək mühasibat üzrə nəzəri və praktiki biliklər əldə etmək imkanı;
  • Mentor dəstəyi – Hər bir təcrübəçiyə təcrübəli mütəxəssislər tərəfindən mentorluq edilməsi imkanı;
  • İş avadanlıqları – Təcrübəçilərin iş üçün zəruri olan kompüter və texniki avadanlıqlarla təmin edilməsi imkanı;
  • Ödəniş – Təcrübə müddətində nahar və nəqliyyat xərcləri üçün ödəniş edilməsi imkanı;
  • İnkişaf və təkmilləşmə üçün geniş imkanlar yaradılır.

Təcrübə Poqram Strukturu:

  • Təcrübə müddəti 3 aydır (təlimlərlə əlaqəli zərurət olduqda 1 aya qədər artırıla bilər);
  • Proqram çərçivəsində təlim kursları tədris edilir və iş prosesləri öyrədilir;
  • Hər təlimin sonunda iştirakçılar imtahan verirlər;
  • Yalnız yekun qiymətləndirmədən uğurla keçən təcrübəçilər işə qəbul edilir.

Əlaqə və müraciət

  • Müraciət etmək istəyənlərdən Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyat formunu doldurmaqları xahiş olunur.

Tələblər

  • Mühasibat uçotu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil; almış məzunlar və magistratura tələbələri;
  • İş təcrübəsi tələb olunmur;
  • Tam iş rejimində təcrübə keçməyə hazır olmaq;
  • MS Office (Xüsusilə Excel) proqramları üzrə biliklərə sahib olmaq;
  • Azərbaycan dilini yüksək səviyyədə, ingilis dilini orta səviyyədə bilmək (Rus dili arzuolunandır);
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarının ilkin mərhələlərini keçmək (ACCA, CIMA və s.) üstünlükdür;
  • Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqları;
  • Öyrənməyə və yeni biliklər əldə etməyə açıq olmaq.


Oxşar vakansiyalar