Bakı,
Azərbaycan
29/06/2026
-
13/07/2026
İş haqqında məlumat
- Mühasibat uçotunun əsas prinsipləri və ilkin mühasibat sənədlərinin hazırlanması üzrə təlimlərin keçirilməsi;
- Nağd və qeyri-nağd əməliyyatların uçotu, bank və kassa əməliyyatlarının aparılması qaydalarının praktiki şəkildə tədris edilməsi;
- Mühasibat proqramlarında (1C, Logo, Mikro və s.) praktiki məşğələlərin təşkili və proqramlardan istifadə bacarıqlarının formalaşdırılması;
- Vergi qanunvericiliyi, DSMF öhdəlikləri və digər maliyyə-hüquqi prosedurlar üzrə nəzəri və praktiki biliklərin tədris edilməsi;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, arxivləşdirilməsi və hesabatlılıq proseslərinin izah edilməsi;
- Real mühasibat case-ləri və praktiki tapşırıqlar əsasında interaktiv təlimlərin təşkili;
- Müdavimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və real iş mühitinə uyğun praktik portfoliolarının formalaşdırılmasına dəstək göstərilməsi;
- Tədris proqramlarının və təlim materiallarının hazırlanması, mütəmadi yenilənməsi və təkmilləşdirilməsi;
- Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi və müvafiq rəyin verilməsi;
- Təlim prosesinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Təklif edirik:
- Əmək haqqı: 700 – 800 AZN; (1 qrup üçün)
- Həftədə 5 gün, gündə 3 saat iş qrafiki;
- Peşəkar inkişaf və təlim layihələrində iştirak imkanı;
- Müasir və rahat iş mühiti;
- Gənc və peşəkar komanda ilə işləmək imkanı;
- Uzunmüddətli əməkdaşlıq perspektivi.
Tələblər
- Təhsili: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi, Baş Mühasib kimi iş təcrübəsinin olması üstünlükdür;
- Təlimçilik təcrübəsinin olması üstünlük hesab edilir;
- ACCA, PMS, DipIFR və digər peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür.
Tələb olunan bilik və bacarıqlar:
- Mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə dərin biliklər;
- Vergi qanunvericiliyi və DSMF əməliyyatları üzrə praktiki biliklər;
- İlkin mühasibat sənədlərinin hazırlanması və uçotunun aparılması bacarığı;
- 1C, Logo, Mikro və digər mühasibat proqramlarında işləmək bacarığı;
- Təlim proqramlarının hazırlanması və effektiv təqdimat bacarığı;
- Güclü ünsiyyət, izah etmə və auditoriyanı idarəetmə bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun