Bakı,
Azərbaycan
03.07.2025 11:01
-
03.08.2025 12:00
İş haqqında məlumat
- Tikinti fəaliyyəti yerinə yetiriləcək ərazinin torpaq sənədlərinin uyğunluğunun yoxlanılması;
- Tikinti norma və qaydalarının tələblərinə uyğun layihələndirilmə üçün ilkin məlumatları hazırlamaq, iş həcmlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq hesabatları və cədvəlləri tərtib etmək;
- Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
- Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşınması;
- Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
- Tikinti,əsaslı təmir,təmir-bərpa,rekonstruksiya və söküntü işləri üzrə iş həcmlərinin hazırlanmasının təşkili;
- Hazırlanmış iş həcmləri əsasında layihələndirmə işlərinin satınalmasının sifarişinin hazırlanması;
- Geotexniki quyuların hesabatlarının uyğunluğunun yoxlanılması;
- Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
- İxtisası üzrə layihə-smeta sənədlərinin yoxlanılması, layihələrdəki səhvlərin aradan qaldırılması və prosesin idarə edilməsi;
- Layihə-smeta sənədlərinin dövlət orqanlarına müvafiq rəyin verilməsi məqsədilə göndərilməsi üçün sənədlərin hazırlanması;
- Layihədəki büdcə risklərini təhlil etmək;
- Tikinti fəaliyyəti üzrə(tikinti,əsaslı təmir,təmir-bərpa,rekonstruksiya və söküntü işləri) işlərin icra qrafikinin və iş icra metodununa uyğunluğuna nəzarətin edilməsi;
- Sahələrdə icra olunan və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və Cəmiyyətdaxili daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Layihələrdə tikinti fəaliyyəti üzrə(tikinti,əsaslı təmir,təmir-bərpa,rekonstruksiya və söküntü işləri) işlərinə nəzarət, tikinti fəaliyyəti üzrə işlərin düzgün təşkil edilməsi;
- Yerinə yetirilmiş işlərin ödəniş sənədlərinin(Forma2 və Forma3) qəbul edilməsi, müqaviləyə və faktiki yerinə yetirilmiş işlərə uyğunluğunun yoxlanılması;
- Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak edilməsi;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73;
- Ezamiyyə imkanları (zəruri hallarda);
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş vaxtı: 09:00 – 18:00.
Məsuliyyətlər
.
Tələblər
- İnşaat mühəndisliyi,sənaye və mülki tikinti sahəsi üzrə ali təhsili;
- Müvafiq sahədə 7 ildən az olmayan iş təcrübəsi;
- Müvafiq sahəyə uyğun sertifikatların olması arzuolunandır
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri;
- Microsoft Office,Autocad və Primavera P6 proqramları biliklər.