

Mühəndis (Avtomatika,hidravlika, elektronika və Elektrik üzrə)
Sentra QSC
Ə/h razılaşma ilə
651
Növbəli iş
Bakı,
Azərbaycan
01.08.2025 01:06
-
01.09.2025 12:00
İş haqqında məlumat
- Quru və dəniz obyektlərində avtomatika vasitələrinin quraşdırılması və sazlanması,servis xidməti işləri;
- İdarə və müəssisələrdə istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi işləri;
- Nəzarət ölçü cihazları və avtomatika vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi üçün avtomatik idarəetmə sistemlərinə və proqramların araşdırılması və istehsalatda hazırlanması işləri;
- Müəssisələrin nəzarət-ölçü cihazları, avtomatika vasitələri, idarəetmə, yanğından, partlayışdan mühafizə sistemlərin yaradılması və tətbiqi, texniki xidmət, təmir, sazlama və s. işlər;
- İş qrafiki növbəlidi (dəniz qrafiki);
- Əmək şəraiti səyyar (bölgələr və dəniz platformaları);
- Qeyd; bölgələrdə yaşayan namizədlər arzuolunandır.
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını hr@sentra .az e-mail ünvanına 31.08.2025-ci il tarixinə qədər mövzu yerində “Mühəndis (Avtomatika,hidravlika, elektronika və Elektrik üzrə) ” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan namizədlərin müraciətlərinə baxılmayacaqdır.
- Telefon-(051) 229-49-55
- E-mail-[email protected]
Tələblər
- Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri , onların iş prinsipi, quraşdırma və sazlama qaydaları;
- Temperatur ölçən cihazlar, Təzyiq ölçən cihazlar,Səviyyə ölçən cihazlar, Sərf ölçən Cihazlar, Manometrlər,Termocütlər, Termoelektrik çevriciləri, Hart kommunikator haqqında məlumatlı olmalı;
- Beynəlxalq vahidlər sistemi, Mütləq və nisbi xəta haqqında məlumatı olmalı.Ölçmə vasitələrinin xətaları, ölçmə vasitələrinin dəqiqlik sinifini bilməli;
- Rəqslər və dalğalar , İstilik hadisələri , Maddənin aqreqat hallarının dəyişməsi, Elektrik yükü və elektromaqnit sahəsi, Dəyişən və sabit cərəyan Qanunları.
- Elektronika üzrə: Yarımkeçiricilər, Relelər,kondesatorlar, Transfarmatorlar haqqında minimum məlumatlı;
- Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri üzrə cihazları lahiyələrdə şərti işarələrini tanımalı. Elektrik dövrə sxemlərini oxumağı bacarmalı.