AzerGold CJSC

Mühəndis - Geoloq / CİL zavodu

AzerGold CJSC
Ə/h razılaşma ilə
426
Tam iş günü
Daşkəsən, Azərbaycan
07.10.2025 00:00 - 07.11.2025 00:00

İş haqqında məlumat

  • Geoloji tədqiqatların aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq;
  • Torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;
  • Yeraltı şəraitlərində sürüşmə, çökmə və ya geodinamikaktivlik kimipotensial geolojiobyektləri müəyyənləşdirmək;
  • Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək;
  • Geoloji xəritələr, profillər və model eskizləri hazırlamaq;
  • Mühəndislik layihələndirməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək;
  • Layihələndirmə və planlaşdırmaya dəstək; Bünövrələr, yamaclar, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək;
  • Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək;
  • Risk qiymətləndirməsinin aparılması;
  • Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək;
  • Hesabatlar hazırlamaq, tapıntıları rəhbərliyə və sifarişçiyə təqdim etmə
  • Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq;
  • Texniki hesabatların hazırlanması;
  • Tikinti və qazıntı işlərinə nəzarət etmək, təhlükəsizlik və keyfiyyət standartlarının qorunmasını təmin etmək;
  • Zərurət olduqda torpaq və süxurların vəziyyətini sadə modellərlə göstərmək, rəqəmsal modellərlərdə analiz aparmaq.

Tələblər

  • Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı səviyyədə olmalıdır;
  • Müasir alətlər və texnologiyalardan istifadə bacarıqları;
  • AutoCAD, Plaxis, Rocscience və GIS proqramlarında işləmə bacarığı.
  • Çevik və əməkdaşlığa açıq, məsuliyyətli, tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirən, diqqətli, dürüst və intizamlı iş yanaşmasına malik olmaq.
  • Geologiya (mühəndis geoloq) sahəsi üzrə Ali təhsil ;
  • Yaxın və oxşar sahədə 5 il iş təcrübəsi.


Oxşar vakansiyalar