

İş haqqında
Vəzifə öhdəlikləri
MEP işləri ilə bağlı şöbəyə daxil olan sorğuların təhlil edilməsi, sorğuya uyğun zəruri məlumatların, cizgilərin və spesifikasiyaların təqdim olunmasının təmin edilməsi;
MEP üzrə ilkin büdcə və ehtimal olunan xərclərin hesablanması;
Layihə sənədlərində (BOQ, spesifikasiyalar, müqavilələr) göstərilən qiymətlərin yoxlanılması;
Sistemlərarası ziddiyyətlərin və kəsişmələrin müəyyən edilməsi və aradan qaldırılması;
Yekun hesabatların hazırlanması;
Daimi istifadə olunan materiallar üzrə tələb sənədlərinin hazırlanması;
Materialların təsdiq prosesinin (MAR) izlənilməsi;
Sahənin zəruri sənədlər və materiallarla təmin olunmasına nəzarət edilməsi və prosesin koordinasiyası;
Subpodratçıların təkliflərinin texniki-kommersiya baxımından təhlil edilməsi;
Ödəniş sənədlərinin (Forma 2 / İPC) və subpodratçıların yerinə yetirdiyi işlərin yoxlanılması;
Forma 2 sənədlərinin yoxlanılması məqsədilə müvafiq ərazilərə baxış keçirilməsi;
MEP üzrə daxil olan layihələrin yoxlanılması və koordinasiyası;
Memarlıq və konstruksiya layihələrinin təhlil edilməsi, MEP layihələri ilə uyğunluğunun təmin olunması;
BOQ və Quantity Take-Off (QTO) sənədlərinin hazırlanması;
Texniki hesablamaların aparılması və uyğun sistemlərin seçilməsi.
Namizədə tələblər
Mexanika və ya elektrik mühəndisliyi sahəsi üzrə ali təhsil;
Tikinti sahəsində ən azı 1 il iş təcrübəsi;
Müasir texniki standartlara və innovativ yanaşmalara uyğun işləmək bacarığı;
MS Office proqramlarını (Word, Excel) və AutoCAD proqramını yüksək səviyyədə bilmək;
Yüksək analitik və riyazi biliklər;
Texniki sənədləşdirmə və işgüzar yazışma bacarığı;
İşin planlaşdırılması və vaxtın səmərəli idarə edilməsi bacarığı.




.jpg)