Şəmkir,
Azərbaycan
19/03/2026
-
02/04/2026
İş haqqında məlumat
- Çizgilərin kompyuterdə mühəndis proqramlarında çəkilməsi və başqa texniki sənədləri tərtib edilməsini təmin etmək;
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək;
- Layihə işlərini yaxşılaşdırmaq, səmərəli və dayanıqlı etmək üçün düzgün konstruktiv həllin seçilməsini təmin etmək;
- Layihə üzrə texniki hesablamaları aparmaq;
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
- Konstruktiv hesabatların aparılması, Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
- Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
- Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
- Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
İş şəraiti
- İş qrafiki: 5 günlük iş rejimi
- Həftə içi iş saatları: 08:00-17:00
- 12:00-13:00 nahar fasiləsi
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
- İş yeri: Şəmkir rayonu, Zəyəm qəsəbəsi
Tələblər
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 3 il iş təcrübəsi
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
- AutoCAD proqramında işləmək bacarığı
- Teka structures, Solidworks proqramlarını bilməli
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.