Bakı,
Azərbaycan
29/12/2025
-
12/01/2026
İş haqqında məlumat
İş yeri: İstehsalat sahəsi (zavod) Zabrat qəsəbəsi
- Müştəri tərəfindən təqdim olunan çertyojların (DXF, DWG, STEP və s.) işlənməsi, təmizlənməsi və istehsala uyğunlaşdırılması
- Lazer kəsim prosesləri üçün faylların hazırlanması
- Profil xətti üçün kalıp və ölçü optimizasiyasının aparılması
- SolidWorks, AutoCAD və Inventor proqramlarında 3D modelləmə və konstruksiya işlərinin icrası
- Lazer operatorlarına istehsal tapşırıqlarının hazırlanması və ötürülməsi
- Texniki sənədləşmənin hazırlanması (TS, material siyahısı, ölçü kartı və s.)
- İstehsalat müdiri ilə birlikdə texnoloji xəttin optimallaşdırılması
- Yeni məhsullar üzrə prototiplərin hazırlanması və test proseslərində iştirak
- İstehsalatda səmərəliliyin artırılması üçün texniki təkliflər vermək
Şirkət təklif edir:
- Stabil və inkişaf yönümlü istehsalat mühitində iş imkanı
- Aylıq əmək haqqı: Müsahibə nəticəsinə əsasən
- Rəsmi məşğulluq və əmək müqaviləsi
- Könüllü Tibbi sığorta paketi
Tələblər
- Mexaniki mühəndislik, konstruktorluq və ya əlaqəli sahə üzrə ali təhsil
- SolidWorks, AutoCAD, Inventor proqramlarında sərbəst işləmə bacarığı
- Lazer kəsim, CNC və istehsalat prosesləri haqqında anlayışın olması
- Çertyoj oxuma, təhlil etmə və istehsala hazırlama bacarıqları
- DXF, DWG, STEP formatları ilə işləmə təcrübəsi
- İstehsalat sahəsində minimum 1–3 il iş təcrübəsi (arzuolunandır)
- Texniki düşüncə tərzi, məsuliyyətlilik və detallara diqqət
- Komanda ilə işləmək bacarığı və operativlik
Müraciət etmək istəyən namizədlər öz müraciətlərini "CV göndər📤" düyməsində qeyd olunan linkdən istifadə edərək göndərə bilər.