Sumqayıt,
Azərbaycan
11/11/2025
-
11/12/2025
İş haqqında məlumat
- Müəssisənin avadanlıqları üzrə illik cari və əsaslı təmir planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Mexanika sahəsi üzrə illik tələb olunan mal-material siyahısını tərtib etmək və büdcə layihəsini hazırlamaq;
- Təmir ediləcək avadanlıqların konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini bilmək, təmir və montaj işlərinin düzgün icrasını təmin etmək;
- Avadanlıqların planlı və plandankənar təmir işlərini təşkil etmək və nəticələrinə nəzarət etmək;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı fəaliyyətini təmin etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək, podratçı təşkilatlarla təmir planlarını razılaşdırmaq və sənədlərlə təmin etmək;
- Texniki çertyojlarla işləmək, detalların sifarişi üçün düzgün cizgilərin təqdim olunmasını təmin etmək;
- Təmir-baxım planlarını və “check-list”-ləri hazırlamaq və icrasına nəzarət etmək;
- Avadanlıqların yağlanma mövqelərini müəyyənləşdirmək və kontrolda saxlamaq;
- Mexaniklərə gündəlik iş tapşırıqlarını vermək, icranı izləmək və nəticələri hesabatla təqdim etmək;
- Sex rəhbərləri ilə birgə aylıq planlı təmir qrafiklərini tərtib etmək;
- Avadanlıqlar üçün lazım olan ehtiyat hissələri müəyyənləşdirmək, sifarişə vermək və anbardan təminat prosesini izləmək;
- Təmir işlərinin keyfiyyətini təmin etmək, təmirdən sonra avadanlıqları yazılı surətdə istehsala təhvil vermək;
- Təmir proseslərinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Tabeliyində olan işçilər arasında nizam-intizamı təmin etmək.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri, "Fin-Plast İnternational" MMC,
- İş rejimi: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1500 – 3000 AZN (namizədin təcrübə və bilik səviyyəsindən asılı olaraq);
- Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur.
Müraciət üçün:
E-mail: [email protected]
Əlaqə: 050-251-14-55
Tələblər
- Ali təhsil (Mexanika mühəndisliyi ixtisası üzrə);
- Mexanika mühəndisliyi sahəsində minimum 10 il iş təcrübəsi;
- Rus və ingilis dillərini bilmək arzuolunandır;
- Məsuliyyətli, təşəbbüskar, analitik düşüncəyə malik və komanda ilə işləmə bacarığı olan şəxs.