AzerFloat

Mühəndis-Mexanik

AzerFloat
Ə/h razılaşma ilə
1355
Tam iş günü
Sumqayıt, Azərbaycan
13/01/2026 - 27/01/2026

İş haqqında məlumat

  • Avadanlıqların etibarlı və təhlükəsiz işləməsi, onların texniki cəhətdən düzgün istismar  olunmasını təmin etmək; 
  • Texniki  təmir planına uyğun olaraq avadanlığa texniki baxış qrafiki, onun sınaqdan keçirilməsi, proflaktik təmirini təşkil etmək;
  • Avadanlığın təmirə verilməsi üçün normativ materialların işlənilməsini, təmir-istismar ehtiyacları smetasının tərtibini, avadanlığın saz işləməsi üçün lazım olan material və  ehtiyat hissələrini almaq üçün sifarişlərin verilməsini təmin etmək;
  • Yük qaldıran mexanizmə və təzyiq altında olan avadanlıqlara texniki baxış və onların təhlükəsiz istismarına nəzarət etmək;
  • Tam təmirə ehtiyacı  olan avadanlıq və obyektin təyin olunmasını və onların təmir növbəliliyini təşkil etmək, iş planına nəzarət etmək və işlərin gedişinin hesabatlarını aparmaq;
  • İşlərin gedişinə baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırılmasını təmin etmək məqsədi ilə baş mexaniklə razılaşdıraraq müvafiq tədbirlər görmək;
  • Müəssisədə əməyin mühafizəsi işinin təşkil edilməsində, əməyin mühafizəsi üzrə təlimatlara riayət edilməsində, təhlükəsiz və sağlam iş şəraiti yaradılmasında yaxından iştirak etmək;

İş şəraiti: 

  • İş yeri - Sumqayıt;
  • İş saatı: 08:00 – 17:00;
  • Nahar pulu;
  • Servis;
  • Könüllü tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Tələblər

  • Mexanika və ya əlaqədar sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • İngilis dili arzuolunandır;
  • MS Office kompüter proqramlarını bilmək;
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Təzyiq altında işləmə bacarığı
  • Yüksək məsuliyyət və intizam
  • Müstəqil, operativ və komandada işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.