Bakı,
Azərbaycan
16/03/2026
-
30/03/2026
İş haqqında məlumat
- Texniki sənədlərlə (texniki sənədlər, istismar təlimatları, spesifikasiyalar, prosedurlar və s.) tanış olmaq və onları öyrənmək;
- Avadanlıqların, istehsal proseslərinin, təmiz otaqların, saxlanma sahələrinin və mühəndis sistemlərinin (hava, təmizlənmiş su, sıxılmış hava və s.) kvalifikasiya sənədlərinin hazırlanmasında şöbə əməkdaşlarına dəstək göstərmək;
- Təsdiq edilmiş qrafikə uyğun olaraq həyata keçirilən kvalifikasiya işlərində iştirak etmək;
- Kvalifikasiya nəticələrinin müəssisənin daxili tələblərinə uyğun şəkildə sənədləşdirilməsində köməklik göstərmək;
- Müəssisədə istifadə olunan ölçü vasitələri və avadanlıqlar üzrə metrologiya və kalibrasiya sistemləri ilə tanış olmaq və bu sahədə aparılan işlərdə iştirak etmək;
- Cari tapşırıqların effektiv yerinə yetirilməsi üçün digər struktur bölmələrin əməkdaşları ilə məlumat mübadiləsində iştirak etmək.
Əlavə məlumat
- Əmək haqqı: müsahibə əsasında;
- İş yeri: Pirallahı Sənaye Parkı;
- Servis xidməti mövcuddur;
- İş saatları: 09:00-dan 18:00-dək;
- İş günləri: Bazar ertəsi – Cümə;
- Nahar şirkət tərəfindən ödənilir;
- Rabitə xidməti ilə təmin olunur;
- Tibbi sığorta;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə aparılır.
Tələblər
- Təcrübəsi olmayan və ya 1 ilə qədər iş təcrübəsi olan bacarıqlı gənclər üçün təcrübə proqramı təşkil olunur və iş prosesi öyrədilir.
- Proqramın sonunda özünü məsuliyyətli və bacarıqlı tərəfdən göstərən təcrübəçilərin şirkətdə işlə təmin olunması nəzərdə tutulur.
Namizədə tələblər
- Mühəndislik sahəsi üzrə ali təhsil;
- Kompüter bilikləri (Microsoft Office, AutoCAD);
- Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Məsuliyyətli və diqqətli olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.