Huseynli Partners Architecture and Construction
1000 - 1500 ₼
1920
Tam iş günü
Bakı, Azərbaycan
01/12/2025 - 01/01/2026

İş haqqında məlumat

  • İnşaat obyektində yerinə yetiriləcək kompleks geodeziya işləri.

Layihələndirmə mərhələsi:

  • Topo-plan (xəritə) tərtib olunması;
  • Geodeziya istinad şəbəkəsinin qurulması;

Mobilizasiya mərhələsi; 

  • Geodeziya istinad şəbəkəsinin qurulması (inşaat üçün sıxlaşdırılması);
  • Bina və qurğuların əsas inşaat oxlarının bölgü və nişanlanması;
  • Katlavanın konturlarının bölgü və nişanlanması;
  • Ərazidə mühəndis hazırlıq işləri (planirovka, yeraltı kommunikasiyalar, müvəqqəti yolların çəkilməsi və s.);
  • Torpağın döngə nöqtələrin təyini, mövcud tikililərin döngə koordinatların çıxardılması.

İnşaat mərhələsi:

  • Bina və qurğuların əsas inşaat oxlarının, onların konstruktiv elementlərin bölgü və nişanlanması;
  • Bina və qurğuların, mühəndis kommunikasiyaların yer-altı və yer üstü hissələrinin tikinti-quraşdıma işlərində xətti personala geodezik dəstəyin təmin edilməsi;
  • İnşaatı başa çatmış elementlərin icra edici sxem və sənədlərinin tərtib oluması.

İnşaatın son mərhələsi:

  • İnşaat prosesində yerinə yetirilmiş geodeziya işlərinin nəticələri barədə texniki hesabatın tərtibi və təhvil verilməsi
  • İcra edici topoqrafik baş-planın, pofil və kəsiklərin tərtib olunması;
  • GPS və GNSS qəbulediciləri vasitəsilə işləmək bacarığı;
  • Çöl işləri zamanı GPS şəbəkəsinin yaradılmasında, koordinatların təyin edilməsində, zəruri hallarda koordinatların bir sistemdən başqa sistemə keçirilməsində iştirak etmək;
  • Döngə nöqtələrinin kordinatlarına əsasən təyin edilməsi;
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müəyyən ediləcəkdir;
  • Sürücülük vəsiqəsinin olması mütləqdir, şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Sürücülük vəsiqəsi B;
  • Maşının olması arzu olunandır;
  • Yanacaq və amortizasiya xərcləri qarşılanacaq;
  • Ezam xərcləri qarşılanır
     

Ümumi məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 5 gün / 10:00 – 19:00; 6- cı gün 09:00-14:00;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı ( İşçinin bilik səviyyəsinə görə razılaşma əsasında qərar veriləcək);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul;
  • Azərbaycan Respublikasının bölgələrinə işlər üçün ezama gönəriləcək (cari işlər üçün);
  • Əlavə olaraq , işçinin praktiki bilik səviyyəsini yoxlamaq üçün bir aylıq ofis daxili və sahədə sınaq müddəti keçirilir.
     

Tələblər

  • Ali təhsil (inşaat sahəsində, Geodiziya və topoqrafiya ) mühəndisi, yer qurluşu üzrə mühəndis;
  • İş təcrübəsi-3 il;
  • Müvafiq normativ-texniki sənədlərin tələblərini bilməli;
  • Geodeziya avadanlıqları, onların istismarı və saxlanma qaydalarını;
  • Geodeziya işlərinin təşkili və texnologiyasını;
  • İnşaat və geodeziya xətalarını (toleranslarını) təyin etməli;
  • Microsoft office, AutoCad və s. soft proqram bilikləri;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Analitik düşüncə və müqayisə etmə bacarıqları;

Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “ Mühəndis, Topoqraf ” məktubun mövzu hissəsində göstərməklə olunur. Şəkilli cv-ləri elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.