Mühəndislik və Texniki İşlər Şöbəsinin mühəndisi
Capital Construction
Ə/h razılaşma ilə
1475
Tam iş günü
Bakı,
Azərbaycan
26/01/2026
-
02/02/2026
İş haqqında məlumat
- Tikinti obyektlərinin layihələri əsasında bazar qiymətlərinə uyğun smetaların hazırlanması;
- Tenderə çıxarılmış layihələrin təhlili, iş həcmlərinin yoxlanılması, maya dəyəri üzrə smetaların və tender təklif qiymətlərinin hazırlanması;
- Aylıq yerinə yetirilmiş işlər üzrə Forma №2 aktları və M29 texniki hesabatların tərtibi olunması;
- Görülmüş işlərin nəticələrinin 1C proqramına daxil edilməsi və yekun sənədlərin arxivləşdirilməsi;
- Layihə-smeta sənədlərinin ilkin yoxlanılması, nöqsanların müəyyən edilməsi və aradan qaldırılması üçün texniki təkliflərin verilməsi;
- Tikinti işlərinin texnoloji ardıcıllıq və keyfiyyət normalarına uyğunluğuna nəzarət;
- Layihə üzrə iş həcmlərinin hesablanması və icra hesabatlarının hazırlanması;
- Tikinti-quraşdırma işlərinin norma, standart və texniki şərtlərə uyğunluğunun yoxlanılması;
- Layihə dəyişikliklərinin müvafiq sənədlərə əlavə olunması;
- Tikinti müqavilələrinin hazırlanmasında iştirak və icrasına nəzarət;
- Subpodratçılardan daxil olan sənəd və hesabatların yoxlanılması və təsdiq üçün təqdim edilməsi;
- Sifarişçiyə təqdim ediləcək Forma №2-lərin və ümumi reyestrlərin hazırlanması
- Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunun aparılması.
İş şəraiti:
- İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1200- 1600 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi, mühəndislik, texniki və ya müvafiq sahə üzrə)
- Tikinti və smeta sahəsində ən azı 1–3 il iş təcrübəsi
- Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər
- Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi
- Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər
- 1C proqramı ilə işləmə bacarığı
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə
- Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.