Avensol LLC

Mülki İnşaat Mühəndisi (Civil Engineer)

Avensol LLC
Ə/h razılaşma ilə
557
Tam iş günü
Bakı, Azərbaycan
21/07/2026 - 04/08/2026

İş haqqında məlumat

  • Yarımstansiya və digər tikinti layihələri üzrə mülki işlərin layihələndirilməsi, cizgilərin hazırlanması və texniki həllərin işlənib hazırlanmasını təmin etmək;
  • Layihə və shop drawing-ləri müstəqil şəkildə hazırlamaq, texniki detalları düzgün işləmək və sahədə tətbiqinə nəzarət etmək;
  • Görülən işlərin layihə tələblərinə, texniki spesifikasiyalara, normativ sənədlərə və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • Sahədə podratçılar, mühəndislik qrupları və digər aidiyyəti tərəflərlə koordinasiyanı həyata keçirmək;
  • İşlərin icra qrafikinə uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  • Texniki hesabatların, icra sənədlərinin və tələb olunan digər sənədlərin hazırlanmasında iştirak etmək;
  • Sahədə yaranan texniki məsələlərin operativ həllinə dəstək vermək.

Əmək haqqı təcrübəyə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən olunur.


 

Tələblər

  • Mülki inşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Mülki tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
  • Yarımstansiya, enerji, sənaye və ya iri həcmli tikinti layihələrində təcrübə üstünlükdür;
  • AutoCAD proqramı və texniki layihə sənədləri ilə müstəqil işləmək bacarığı;
  • Layihə cizgilərini, shop drawing və texniki sənədləri hazırlamaq, işləmək və inkişaf etdirmək bacarığı;
  • Tikinti prosesləri, sahə işlərinin təşkili, keyfiyyətə nəzarət və texniki koordinasiya üzrə biliklər;
  • Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı;
  • İngilis dili biliyi mütləqdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun